“McDonald’s” kişilərlə qadınların maaşını bərabərləşdirəcək

posted in: Xəbər | 0
birbank biznes

“McDonald’s” 2022-ci ilə qədər eyni vəzifələrdə çalışan kişi və qadınların maaşları arasındakı fərqi aradan qaldırmaq niyyətini açıqlayıb. Şirkət bütün dünya üzrə “McDonald’s”da çalışan qadınların kişilərdən bir qədər az qazanc əldə etmələri barədə məlumat aldıqdan sonra, bərabər maaş tətbiq etmək üçün əlavə investisiya yatırmaq barədə qərar qəbul edib, “Fox” belə yazıb.

2021-ci ildə fast-food restoranlar şəbəkəsində əməyin ödənilməsinin təhlili göstərib ki, bərabər şəraitdə oxşar iş zamanı qadınlar kişilərin aldığı əmək haqqından cüzi şəkildə az maaş alırlar. Bütün dünya üzrə “McDonald’s” şəbəkəsinin əməkdaşlarının 54 faizinin qadınlar təşkil etdiyini nəzərə alan şirkət, əməkdaşların bərabər gəlirlər əldə etməsinin təmin olunmasında maraqlıdır.

Qlobal biznes xidmətləri üzrə vitse-prezident Debbi Ballardın sözlərinə görə, “McDonald’s” öz inkişaf strategiyasına təkcə əməyin gender bərabərsizliyinin azaldılmasını deyil, həm də əməkdaşlar üçün təlim və inkişaf proqramlarının yaradılmasını və beynəlxalq səviyyəli mütəxəssislərin cəlb olunmasını da daxil edib.

ABŞ-ın əmək statistikaları Bürosunun məlumatına görə, orta hesabla Amerikada qadınlar korporasiya əməkdaşlarının yarıdan çoxunu təşkil edirlər və eyni təhsilli ağ kişilərlə müqayisədə bir dollar üçün 82 sent qazanırlar. Yəni, onların maaşı 1 dollara görə 18 sent dəyərində az qiymətləndirilir. Eyni zamanda qaradərili və latın amerikalı qadınların əməkhaqqısı ağdərili əməkdaşlarla müqayisdə daha aşağıdır.

 


Print Friendly, PDF & Email