Mədaxil qəbzləri və kassa çeki əsasında xərclərin tanınması

posted in: Xəbər | 0

icarə haqqı, gəlir vergisi, hüquqi şəxs, torpaq vergisi, gəlir vergisi,vergitutma, yükdaşımalar,Vergi ödəyiciləri ilə vergi orqanları arasında sual yaradan məsələlərdən biri də yalnız kassa çeki və ya mədaxil qəbzləri ilə təsdiqlənmiş xərcləri gəlirdən çıxarmağın hansı hallarda mümkün olmasıdır. Suala maliyyə mütəxəssisi Vüqar Mirheydərli aydınlıq gətirir.

Vergi Məcəlləsinin 109.8 maddəsində göstərilir ki, nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11-6.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.

Maddənin mətnindən də göründüyü kimi, kassa çeki və ya qəbzin xərcləri təsdiq edən sənəd hesab olunmasına yalnız Məcəllənin 16.1.11-6.1 – 16.1.11-6.3-cü maddələrində göstərilən hallarda icazə verilir.

Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrinin təsvirinə həsr olunub, 16.1.11-6-cı maddədə isə vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmış şəxslər üçün mal, xidmət satarkən və ya iş yerinə yetirərkən, hər bir vergi ödəyicisinin onlara elektron qaimə-faktura göndərmək vəzifəsi qeyd olunur. 16.1.11-6.1 və 16.1.11-6.3-cü maddələrdə sadalanan üç xidmət kateqoriyası ilə əlaqədar vergi ödəyiciləri bu vəzifədən azad edilir:

  • bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;
  • dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;
  • notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.
Beləliklə, yalnız yuxarıda qeyd etdiyimiz xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən verilmiş kassa çekləri və ya qəbzləri xidmətlərin alınması xərclərini təsdiq edən sənəd kimi qəbul edilə bilər və həmin vergi ödəyicilərinə bu xərcləri gəlir vergisi bəyannaməsində gəlirlərdən çıxarmaq hüququ verir. Bütün digər hallarda kassa çekləri və mədaxil qəbzləri xərcləri təsdiqləyən sənəd hesab edilmir. Başqa sözlə, xərclər bölüşdürülməmiş mənfəətdən cari ilin gəlirlərindən çıxılmadan silinməlidir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *