Mənfəət bəyannaməsi və əlavələrinin hazırlanması

posted in: Xəbər | 0

Mənfəət bəyannaməsi,Təlimin adı: Mənfəət bəyannaməsi və əlavələrinin hazırlanması.

Başlama tarixi: 26.02.2022.

Müddət: 3-3,5 saat

Vaxt: 18:00-dan 21:00-a kimi

Məbləğ: 35 manat (Kurslarımızda iştirak etmiş və davam etməkdə olan tələbələrimiz üçün ödəniş 30 manatdır)

Təlimin növü: Onlayn

Qeydiyyat linki: https://form.cubics.pro/

Təlimdə əhatə ediləcək mövzular:
  1. Mənfəət vergisi haqqında ilkin anlayışlar;
  2. Sahibkarlıq subyektinin meyarları (Nazirlər Kabinetinin Qərarı), meyarların təyin edilməsi üsulu;
  3. Gəlir və xərclərin uçotu metodunun müəyyən edilməsi;
  4. Mühasibat proqramı istifadə etmədən ilkin məlumatlar əsasında gəlir və xərclərin müəyyənləşdirilməsi;
  5. Müsbət və mənfi məzənnə fərqlərinin bəyannamədə əks etdirilməsi;
  6. Əməkhaqqı və sosial xərclərin müəyyənləşdirilməsi və vahid bəyannamə ilə uyğunlaşdırılması;
  7. Mallar və xammal, material xərclərinin müəyyənləşdirilməsi qaydaları;
  8. Ezamiyyə xərcləri və vergi uçotu baxımından gəlirdən çıxılan xərclərə salınması;
  9. İcarə və qeyri-rezidentlər üzrə nəqliyyat xərclərinin bəyannamədə əks etdirilməsi və ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ilə uyğunlaşdırılması;
  10. Amortizasiya xərclərinin vergi uçotu baxımından hesablanması və bəzi hallarda növbəti illərə keçirilməsi;
  11. Təmir xərclərinin vergi uçotu baxımından hesablanması və bəzi hallarda növbəti illərə keçirilməsi;
  12. Gəlirdən çıxılan vergilər, bəyannamədə əks etdirilməsi və müvafiq bəyannamələr ilə uyğunlaşdırılması;
  13. Ötən illərin zərərinin keçirilməsi;
  14. Gəlirdən çıxılmayan xərclərin müəyyənləşdirilməsi;
  15. Mühasibat proqramı istifadə etmədən ilkin məlumatlar (gələn, göndərilən e-qaimələr, kassa və bank məlumatları, əməkhaqqı məlumatları) əsasında mənfəət vergisi əlavəsinin (balansın) doldurulma qaydası.

Təlimçi barədə: Kamalə Rzayeva

İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetinin “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.

Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir.


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *