Mənfəət vergisinə cəlb edilməyən əməliyyatlar

posted in: Vergi, Xəbər | 0

Amortizasiya normaları,Vergi Məcəlləsində 2020-ci il yanvarın 1-dən vergidən azadan olunan, qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlarla yanaşı “mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar” ifadəsi yer alıb. (Mənfəət vergisi)

Bununla bağlı Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin 1 yanvar 2020-ci ildən qüvvəyə minən müddəalarına əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.

Bu maddədə mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar dedikdə, mənfəət vergisinin vergitutma obyektini yaratmayan gəlirlər nəzərdə tutulur və vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı mənfəət vergisinin vergitutma obyektini yaratmayan gəlirlər əldə edildikdə, bu gəlirlərin əldə olunması ilə bağlı çəkilmiş, lakin bölüşdürülməsi mümkün olmayan xərclər vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında gəlirdən çıxılır. Belə əməliyyatlara nümunə olaraq, ölkə daxilində daşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi ödəyicisini göstərmək olar.

Mənbə: vergiler.az


Bax: 

 



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mənfəət vergisi,
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *