Finlandiyada “mənfi” dərəcə ilə gəlir vergisi tətbiq ediləcək

posted in: Xəbər | 0
birbank biznes

Finlandiya vergi sistemi“Rosbalt” agentliyinin məlumatına əsasən, Finlandiya hökuməti tərəfindən “mənfi” dərəcə ilə gəlir vergisi tətbiqi məsələsi müzakirəyə çıxarılıb.

Əhalinin iqtisadi baxımdan həssas qruplarının və sahibkarların dəstəklənməsinə yönəldilən bu təşəbbüsün müzakirəsi üçün hökumətin tərkibində maliyyə, həmçinin sosial məsələlər və səhiyyə nazirliklərinin, eləcə də vergi administrasiyasının təmsliçilərinin iştirakı ilə xüsusi işçi qrup yaradılıb.

Hökumət bu təşəbbüslə vergi çıxılmaları xəzinəyə ödənilmiş vergilərdən artıq olan şəxslərə büdcədən vəsait ödənilməsini təklif edir.

Finlandiya hökuməti ayrı-ayrı şəxslərə qaytarılacaq verginin tətbiqi ilə bağlı təlimatı 2022-ci ilin yayına qədər hazırlamaq, yeni vergi eksperimentini isə 2023-cü ilin əvvəlindən həyata keçirməyə başlamaq niyyətindədir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email