Məşğulluq hesabatları – İşəgötürənlər üçün yaddaş

posted in: Xəbər | 1
birbank biznes

1. «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununun 17.3. maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar boş (vakant) iş yerləri yarandığı gündən ən geci 5 gün müddətində Dövlət Statistika Komitəsinin 22 fevral 2006-cı il tarixli 3/6 №-li Sərəncamı ilə təsdiq edilmiş 1 İ №-li HESABAT formasına uyğun olaraq yerli Məşğulluq Mərkəzlərinə məlumat təqdim etmədikləri halda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 318-1.1. maddəsində işçilərin sayı və ya ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər və ya boş iş yeri (vakansiya) barədə müəyyən olunmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına* rəsmi məlumatın verilməməsinə görə – şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək miqdarda cərimə** nəzərdə tutulur.

2. «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun 17.4 maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar İşə qəbul edilən, kvota üzrə işə qəbul edilən və işdən çıxarılan işçilər haqqında Dövlət Statistika Komitəsinin 22 fevral 2006-cı il tarixli 3/6 №-li Sərəncamı ilə təsdiq olunmuş 2 İ №-li formaya uyğun olaraq hər növbəti ayın 10-dək yerli Məşğulluq Mərkəzinə aylıq HESABAT təqdim etmədikləri halda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 318-1.2 maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanına*, həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, kvota üzrə işə qəbul edilənlər və ya işdən çıxarılanlar haqqında müvafiq hesabatın təqdim edilməməsinə görə – şərti maliyyə vahidinin otuz beş mislindən əlli mislinədək miqdarda cərimə** nəzərdə tutulur.

3. «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun 17.2 maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar işçilərin sayı və ya ştatların ixtisarından (işçilərin sərbəstləşdirilməsindən) ən azı 2 ay əvvəl işdən çıxarılacaq işçilər haqqında Dövlət Statistika Komitəsinin 22 fevral 2006-cı il tarixli 3/6 №-li Sərəncamı ilə təsdiq olunmuş 4 İ №-li HESABAT formasına uyğun olaraq yerli Məşğulluq Mərkəzlərinə məlumat təqdim etmədikləri halda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 318-1.1. maddəsinə əsasən İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər və ya boş iş yeri (vakansiya) barədə müəyyən olunmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına* rəsmi məlumatın verilməməsinə görə – şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək miqdarda cərimə** nəzərdə tutulur.

4. Məlumat üçün bildiririk ki, «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununun 17.8. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı* tərəfindən göndərilmiş əlilləri və və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər, həmin şəxsləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün – Dövlət Sosial Müdafiə Fonduna Respublika üzrə orta aylıq əmək haqqının üç misli məbləğində vəsait köçürməlidirlər, əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53-2. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı* tərəfindən göndərilmiş əlilləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülməməsinə görə – şərti maliyyə vahidinin əlli mislindən doxsan mislinədək miqdarda cərimə** nəzərdə tutulur.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 noyabr 2005-ci il tarixli 213 №-li Qərarına müvafiq olaraq mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar İş yerlərinin və işçilərin orta illik siyahı sayı haqqında hər il iyul ayının 1-nə olan məlumata əsasən avqust ayının 1-dək Dövlət Statistika Komitəsinin 22 fevral 2006-cı il tarixli 3/6 №-li Sərəncamı ilə təsdiq olunmuş 3 İ №-li formaya uyğun olaraq yerli Məşğulluq Mərkəzinə illik HESABAT təqdim etməlidirlər.

6. Bununla yanaşı, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar İşçilərin hərəkəti haqqında hesabat dövründən sonrakı ayın 20-dək Dövlət Statistika Komitəsinin 22 fevral 2006-cı il tarixli 3/6 №-li Sərəncamı ilə təsdiq olunmuş 5 İ №-li formaya uyğun olaraq yerli Məşğulluq Mərkəzinə YARIMİLLİK və İLLİK HESABAT təqdim etməlidirlər.

7. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1., 6.2.1., 6.2.8., 13, 17.9-cu maddələrinə əsasən vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olmalarına şərait yaradılır və əmək fəaliyyəti ilə baglı məsələlər və şərtlər “Əmək Miqrasiyası” haqqında Azərbaycan Respublikası Qanununun 4, 5 və 6-cı maddələri ilə tənzimlənir. Belə ki, 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.8 maddəsinə əsasən işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə – şərti maliyyə vahidi məbləğinin otuz min mislindən otuz beş min mislinədək miqdarda çərimə edilir.

8. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.2., 17.1.3., 17.1.4. maddələrinə əsasən işəgötürənlər, istehsalatın dayandırılması və ya işçilərin sərbəstləşdirilməsi təqdirində onların müdafiəsi üçün kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulmuş tədbirləri həyata keçirməli, işçilərin peşə hazırlığı, yenidən hazırlanması və ixtisasının artırılmasına, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müəyyən olunmuş qaydada işə düzəldilməsinə şərait yaratmalıdırlar.

9. Azərbaycan Respublikasının qanunvericiliyində məcburi əmək qadağandır. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. Məcburi əməyin qadağan edilməsi konstitusion (Azərbaycan Respublikasının Konstitusiyası, maddə 35) müddəadır, heç kəs zorla işlədilə bilməz. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək və ümumiyyətlə əmək fəaliyyəti ilə məşğul olmamaq hüququ vardır. Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq konvensiyaların, bəyannamələrin, tövsiyyələrin əsas prinsiplərindən biridir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda (maddə 7) nəzərdə tutulur ki, vətəndaşların qeyri məşğulluğu onların inzibati və digər məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Məcburi əməyə cəlbetmə Azərbaycan Respublikasının İXM-nin 53-1 və Azərbaycan Respublikasının CM-nin 144-2 maddələrinə görə inzibati və cinayət məsuliyyəti doğurur.
Maddə 53-1. Məcburi əmək Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçinin əmək funksiyasına daxil olmayan işin (xidmətin) yerinə yetirilməsinə məcbur edilməsinə görə – şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda çərimə edilir.”;
Maddə 144-2. Məcburi əmək 144-2.1. hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə – iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, maddə 144-2).

*Müvafiq icra hakimiyyəti orqanı dedikdə Dövlət Məşğulluq Xidmətinin yerli orqanları nəzərdə tutulur.
**Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan müvafiq cərimələrin tətbiqini Dövlət Məşğulluq Xidməti orqanları həyata keçirir.

Mənbə: www.ses.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

  1. aygun
    |

    salam sumqayit weher Mktib de kecen ilin 31 de iwden azad olmuwam nemalum sebeblerden deyirlerki mewqulluqla gelen iwcilere rawot pulu duwmur bu duzdurmu ?