Məzuniyyət götürərkən necə qazanclı çıxmaq olar?

posted in: Xəbər | 0
birbank biznes

2022-ci il üçün istehsalat təqviminin açıqlanmasının ardınca hər il əvvəlcədən müəyyən edilən məzuniyyət qrafikini təsdiqləməzdən əvvəl bir sıra nüanslara diqqət yetirmək faydalı olardı. Belə ki, məzuniyyəti bir neçə hissəyə bölərkən məzuniyyət düşən ay üzrə əməkhaqqı və məzuniyyət haqqı toplandıqda itkiyə də məruz qalmaq mümkündür. Bu səbəbdən də bu yazımızda sərfəli məzuniyyət üçün başlıca xatırlatmaları edəcəyik.

1) 1 günə düşən əməkhaqqı iş günlərinin sayına, məzuniyyət haqqı isə son 12 aylıq əmək haqqının əvvəl 12-ə, sonra isə 30.4-ə bölünməsi yolu ilə müəyyənləşir.

2) Ay ərzində qeyri-iş günü olan bayram (ümumxalq hüzn günü) olarsa, iş günlərinə düşən əməkhaqqı artır deyə məzuniyyət götürüləndə iş günlərinin az sərf edilməsi məqsədəuyğundur.

3) Bayram günləri olan aylarda götürülən məzuniyyət günlərinin sayı minimum 9 təqvim günü olmalıdır ki, əməkhaqqı+məzuniyyət haqqı toplandıqda itki az olsun yaxud olmasın.

4) Məzuniyyət götürülən ay üzrə şənbə-bazara düşən məzuniyyət günlərinin sayı çox olmalıdır ki, hətta aylıq əməkhaqqından da əlavə məzuniyyət hissi yaşamaq üçün vəsait qalsın))

5) Məzuniyyət götürərkən əvvəl iş gününə düşən əməkhaqqı, sonra isə məzuniyyət gününə düşən əməkhaqqı hesablanıb toplandıqdan sonra sərfəli və ya zərərli məzuniyyət olması məlum olur.

Xoş istirahətlər.

Müəllif: Praktiki Hüquqşünas, Şəhriyar Həbilov


Bax:


Print Friendly, PDF & Email