Mikrobizneslə bağlı qanun layihəsi müzakirə ediləcək

posted in: Xəbər | 0
birbank biznes

MikrobiznesMilli Məclisin qarşıdan gələn növbəti – 2018-ci il payız sessiyasında iqtisadi sektor, sahibkarlıq fəaliyyəti ilə bağlı mühüm qanunların qəbulu və ya mövcud qanunlara ciddi dəyişikliklərin edilməsi nəzərdə tutulur. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevin bildirdiyinə görə, sessiyada xüsusilə ölkədə prioritet sahələrdən sayılan sahibkarlıq fəaliyyətinin inkişafı ilə bağlı mühüm sənədlərin qəbulu gözlənilir. Bunlardan biri də «Mikrobiznes haqqında» qanun layihəsidir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İqtisadçı ekspert Samir Əliyevin fikrincə, mikromüəssisələrin bir subyekt olaraq müəyyənləşdirilməsi çox vacibdir. Bu, onların fəaliyyətinə münasibətdə fərqli vergi rejimi, fərqli hesabatlılıq sistemi, fərqli yoxlama prosedurlarını tətbiq etməyə imkan verər: «Bir qayda olaraq, bu rejimlər, hesabatlılıq və prosedurlar sadələşdirilmiş xarakter daşıyır. Mikromüəssisələrin inkişafı iş yerlərinin açılması, azad rəqabət mühitinin təmin edilməsi baxımından faydalıdır. Azərbaycanda uzun müddət sahibkarlıq subyektləri ölçüsünə görə təsnifləşdirilərkən kiçik, orta və iri  olmaqla, 3 yerə bölünüb. 2017-ci ilin sonundan isə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində mikrosahibkarlıq kateqoriyası rəsmi təsdiqini tapıb. Xarici ölkələrdə fəaliyyət göstərən müəssisələrin 99-95%-i kiçik və orta müəssisələrin payına düşür ki, onların da 85-95%-ni mikromüəssisələr təşkil edir. Ümumi məşğulluqda mikromüəssisələrin payı isə, müxtəlif ölkələr üzrə 20-35% arasında dəyişir. İl ərzində ümumi iqtisadiyyatın 20-30%-i mikromüəssisələr vasitəsilə yaranır. Bu baxımdan, dünyada mikrobiznes hökumətlərin diqqət mərkəzində olur və bu sahəyə xüsusi yanaşma tətbiq edilir».

Mikromüəssisələrin ümumi müəssisələrdə payı

İsveç 95%
İspaniya 94%
Sloveniya 94%
Fransa 94%
Norveç 92%
Finlandiya 92%
İsveçrə 87%
Almaniya 82%
ABŞ 79%

 

S. Əliyev bildirib ki, Azərbaycanda kiçik, orta və iri sahibkarlıq subyektləri illik gəlirlərinə və işçilərinin sayına görə müəyyənləşdirilir. Lakin təəssüf ki, mikrosahibkarlıq subyektlərinin ölçü meyarları hələ mövcud deyil. Bu baxımdan, qanunvericilikdə dəyişiklik edilərək bu sahənin ölçüləri müəyyənləşdirilməlidir: «Avropa Birliyi dövlətlərində mikromüəssisələr üçün işçilərin sayı orta hesabla 10 nəfər, dövriyyə isə 2 milyon avro müəyyənləşdirilib. Belə olan halda, Azərbaycanda işçi heyətinin sayı 10 nəfərədək, illik gəlirləri isə 50 min manat civarında olan müəssisələri mikromüəssisə kateqoriyasına daxil etmək mümkündür.

Düşünürəm ki, müzakirəyə çıxarılacaq qanun layihəsində bütün bu məsələlər öz əksini tapacaq və Azərbaycanda mikrobiznesin inkişafı, o cümlədən maliyyələşdirilməsi məqsədilə müvafiq dövlət proqramları qəbul ediləcək».

Mənbə: vergiler.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email