Ən varlı amerikalılar milyardlarla dollar vergidən yayınmaqda günahlandırılırlar

posted in: Xəbər | 0
birbank biznes

defolt təhlükəsi,ABŞ-ın Maliyyə Nazirliyi hesabat dərc edib, həmin hesabata əsasən ABŞ-ın ən varlı sakinlərinin bir faizi il ərzində 163 milyard dollar məbləğində vergi ödənişindən yayınıblar. Vaxtında tədbir görülməsə, vergidən ödənilən məbləğ yaxın 10 il ərzində 7 trilyon dollar təşkil edəcək, “The New York Times” nəşri belə yazıb.

ABŞ prezidenti Co Baydenin administrasiyası vicdansız vergi ödəyicilərinə qarşı mübarizə aparır və “vergi dəliyini” qapatmağa cəhd edir. Hakimiyyət ABŞ vergi xidməti üçün 80 milyard dollar ayırmağı düşünür. Subsiyadaların məqsədi – xəzinəyə vergi məbləğlərini tam şəkildə ödəməməyə imkan verən sxemlərin izlənilməsinə və qarşısını almağa kömək edən əməkdaşların ştatdakı saylarını genişləndirməkdir.

Hesabatın müəllifi Nataşa Sarinin sözlərinə görə, vergi xidməti varlı amerikalılara münasibətdə vergi qanunvericiliyini lazımi qaydada tətbiq etmək üçün mürəkkəb vergi bəyannamələrinin minlərlə səhifəsini deşifrə edə biləcək peşəkarları işə götürməlidir. Bundan əlavə, idarənin zənginlərin iş ortaqlığından və xüsusi mülklərdən əldə etdiyi qeyri-şəffaf gəlir mənbələri haqqında məlumatlara ehtiyacı vardır.

Respublikaçılar Partiyası və biznes lobbisinin nümayəndələri bu ideyaya şübhə ilə yanaşıblar. Onların fikrincə, vergi xidmətinin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı tədbirlər, özlüyündə vətəndaşların şəxsi həyatına müdaxilə etmək deməkdir.

Bayden iqtisadiyyatı 3,5 trilyon dollar məbləğində dəstəkləmək üçün tədbirlər paketini qəbul etmək istəyir. Bu planın zəngin vətəndaşlar və iri müəssisələr üçün vergilərin artırılması hesabına həyata keçirilməsi nəzərdə tutulur. Lakin ABŞ-ın indiki vergi qanunvericiliyində varlılar üçün bir boşluq vardır. Onların arasında –  həyat sığortası üzrə özəl polis də (private placement life insurance və ya PPLI) vardır. Müştəri tərəfindən qoyulan vəsait vergiyə cəlb olunmur və müqavilənin qüvvədə olduğu müddət başa çatdıqdan və ya sığorta hadisəsinin baş verməsindən sonra pullar tam həcmdə qaytarılır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email