Milyonerlərin özünəməxsus 9 xüsusiyyəti (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

MilyonerMilyoner şəxslərlə bağlı hər birimizin öz fikri var. Bəzilərinə elə gəlir ki, onları bu uğur zirvəsinə taleyin təsadüfi şıltaqlığı çıxarıb. Digərləri bu şəxsləri başqa cür görür, onlardan mifik qəhrəmanlar düzəldirlər, hansı ki, əfsanəvi igidlikləri və ciddi səyləri nəticəsində öz sərvətlərini toplaya biliblər. Təbii ki, hər bir milyonerin öz uğur tarixçəsi və öz sirrləri var, amma, onları birləşdirən hansısa cizgilər də vardır ki, bunu onların demək olar ki, hamısında görmək mümkündür.

İşləməyi sevirlər bacarırlar

Spectrem agentliyinin apardığı sorğu zamanı aydın olub ki, milyonerlərin 94 faizi öz uğur keyfiyyətlərinin başlıca sirri kimi məhz, səylə çalışdıqlarını göstəriblər. Bu hansı sahədə qazanılmasından asılı olmayaraq bütün kapitala aid olub. Beləliklə, qarşısına ambisiyalı məqsədlər qoyan hər bir kəs, deməli, ilk növbədə qollarını çırmayıb işə girişməlidir.

Onlar özlərini bu mərtəbəyə özləri qaldırıblar

Bu gün öz sərvətlərini miras yolu ilən əldə edən milyonerlərin sayı 18 faiz təşkil edir və belələrinin sayı durmadan azalmaqda davam edir. Milyonerlərin əksəriyyəti çox kiçik məbləğlə işə başlayıblar, bir çoxları isə ümumiyyətlə güclə dolana bilən ailələr sırasından çıxıblar. Bunlardan ən məşhurlarına Carl İcahn, Larry Page və Jeff Bezos-u göstərmək olar. Bu isə onu göstərir ki, istənilən şəxs hətta əlverişli olmayan şərtlərlə belə öz məqsədinə yetişə bilər.

Həmçinin bax: Sən niyə heç vaxt varlı olmayacaqsan?!

Milyoner kəslər bildiklərini səxavətlə bölüşürlər

Bir çoxları hesab edir ki, milyonerlər uğura çatmaq üçün hansısa sirri bilir və onu müqəddəs bir şey kimi mühafizə edir. Əslində belə bir şey yoxdur, bütün varlı şəxslər öz məsləhətlərini səxavətlə bölüşürlər və tövsiyələr verirlər. ABŞ-ın indiki prezidenti Donald Trump və Robert Kiyosaki isə hətta “Sizin varlı olmağınızı biz niyə istəyirik” adlı kitab da yazıblar və izah ediblər ki, hələ heç bir şəxs insan yaşamayan adada varlı ola bilməyib. Nə qədər ki, biz sizinlə birlikdə və cəmiyyət ümumilikdə varlıyıq, bir o qədər daha çox sərvət toplamaq mümkündür. Beləliklə, onların məsləhətlərinə də qulaq asmaq olar, çünki düzünü söyləyirlər.

Hansısa bir şeydə uğurludurlar

Mən demək istəmirəm ki, milyonerlər məhdud adamlardır, sadəcə onlar hansısa bir sahədə uğur qazana bilirlər, özlərini bir sahədə göstərə bilirlər. Onlar gözəl başa düşürlər ki, eyni zamanda bir neçə sahədə təkmilliyə çatmaq mümkün deyil və onlar özlərinin bütün həyatlarını yalnız bir şeyə, özlərini daha çox cəlb edən bir məsələyə həsr edirlər. Ona görə, əgər hansısa böyük uğura can atırsınızsa, öz səylərinizi bir neçə sahədə sınamğa girişməyin.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email