fbpx

“Minimum əmək haqqı vergidən azad edilməlidir”

posted in: Xəbər | 0
birbank biznes

Minimum əmək haqqı, Əmlak satışı, ƏDV, mənfəət vergisi,cərimə, ezamiyye xercleri, ezamiyyə xərcləri,, vakansiya mühasib Əsas vəsaitlər amortizasiya esas vesaitler“Bu aydan ölkəmizdə minimum əmək haqqı 250 manata çatdırılıb. Həmin məbləğ minimum olsa da belə, gəlir vergisinə cəlb olunmaqdadır”.

Bunu iqtisadçı Vüqar Bayramov bildirib.

İqtisadçı deyib ki, mövcud qanunvericiliyə əsasən, qeyri-neft və qeyri-dövlət sektorunda çalışmaya, güzəştli kateqotiyaya düşməyən işçi ilə 250 manatlıq əmək müqaviləsi bağlanıbsa, ona ödənilən pul daha az olur:

“Qanunvericiliyə əsasən, həmin əməkhaqqından 7 manat ((250 manat-200 manat) x 14 faiz) – gəlir vergisi, 7,50 manat ((250 manat x 3 faiz) – sosial ayırma və 1,25 manat (250 manat x 0,5 faiz) – işsizlikdən sığorta tutulur. Bu zaman işçiyə ödəniləcək məbləğ 234,25 ((250 manat -7 manat- 7.50 manat -1.25 manat) manat olacaq. Deməli, minimum əmək haqqı məbləğinə uyğun müqavilə bağlayan işçi 250 manat deyil, 234 manat 25 qəpik alacaq”.


Bax:

Ekspert qeyd edib ki, sosial ayırmaların həyata keçirilməsi işçinin pensiya təminatı üçün vacib olduğundan sosial ödənişlər anlaşılandır:

“Onsuz da minimum əmək haqqıdan alınan gəlir vergisi büdcədə ciddi paya malik deyil. Buna görə də, minimum əmək haqqının gəlir vergisindən azad edilməsinə ehtiyac var. Bu baxımdan, fiziki şəxslərin gəlir vergisindən azad olunan hissənin 200 manatdan 300 manatadək artırılması daha məqsədəuyğun olardı. Doğrudur, Vergi Məcəlləsində vergidən azad olunan məbləğ minimum əmək haqqı ilə əlaqələndirilməyib. Qeyri-neft və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 8 min manatdan az olanların növbəti 7 il müddətində belə güzəştlərdən istfidə etdiyini nəzərə alsaq, o zaman digər sektorlarda vergidən azad olunan məbləğin artırılmasına ehtiyac var. Bu minimum əmək haqqı səviyyəsində maaş alan vətəndaşın daha çox əməkhaqqı almasına səbəb olar”.

Print Friendly, PDF & Email
error: Content is protected !!