Müasir biznes mühitində mühasibat uçotunun rolu (III hissə)

posted in: Xəbər | 0
birbank biznes

mühasibin rolu, mühasib,

Müasir biznes mühitində mühasibat uçotunun rolu (III hissə)

II hissəyə nəzər yetirin

Müasir dövrdə maliyyə uçotunun rolu

İdarəetmə uçotu müasir iş dünyası üçün həyati əhəmiyyət kəsb etsə də, maliyyə uçotu da xüsusilə kiçik müəssisələr üçün mühüm rol oynayır.

Kiçik biznes sahibləri, maliyyə uçotu əməliyyatlarının uçotunun son nəticəsi olan maliyyə hesabatları vasitəsilə kənar tərəflərə məlumat ötürmək üçün bu uçotdan istifadə edirlər.

Kənar istifadəçilər maliyyə hesabatlarını öyrənəcək və sonra nəticələri öz gözləntiləri ilə müqayisə edərək şirkətin qiymətləndirilməsini formalaşdıracaqlar. Qeyd edildiyi kimi, tipik kənar istifadəçilərə banklar, təchizatçılar və lizinq şirkətləri daxildir.

Xüsusilə, daxili və kənar maraqlı tərəflərin mühasibat uçotundan və mühasiblərin yerinə yetirdiyi işlərdən faydalanmasının əsas səbəbləri aşağıdakılardır:

  • Təchizatçılar mal və xidmətlər təqdim edirlər. Onlar xidmət etdikləri şirkətlərin balans hesabatlarını görmək istəyirlər ki, öz məhsulları üçün ödənişləri vaxtında gözləyə bilsinlər. Hesablar şirkətin mühasibat kitablarında bu cür ətraflı baxışı təmin edir.
  • Kreditorlar və banklar kreditlər, lizinq və digər xidmətlər təqdim edirlər və əgər onlar şirkətin etibarlı maliyyə vəziyyəti ilə bağlı hesabatı ilə tanış ola bilməyiblərsə, bunu etməyəcəklər. Bu maliyyə görüntüsünü də yenə mühasiblər təqdim edirlər.
  • Əməkdaşlar şirkətlərin işini dəstəkləyir, bundan ötrü vaxt və səylərini və ya əməklərini əsirgəmirlər. Ən azından, ictimai bir şirkətdə çalışan işçilər şirkətin hazırda iş qabiliyyətində olduğunu və fəaliyyət göstərə biləcəyini ehtimal edən rəqəmləri görmək istəyəcəklər. Bu informasiyanı da mühasiblər təqdim edirlər.
  • Hökumət işləmək üçün icazəni təqdim edir, habelə bələdiyyə xidmətlərini, qaydalar və mühafizəni təmin edir. Hökumətlərin şirkətin mühasibat kitabları ilə tanış olmaq istədikləri və ya tələb edəcəyi hallar olur. Mühasiblər sözügedən mühasibatlıq kitablarını tərtib edir və onları aktual vəziyyətdə saxlayırlar.
  • Müştərilər şirkətlərin fəaliyyətini təmin edən və həyati əhəmiyyət daşıyan pul vəsaitlərini təqdim edirlər. Elə hallar da olur ki, əgər ictimai şirkətdirsə, bəzən müştərilər də sözügedən şirkətin maliyyə vəziyyəti ilə tanış olmaq istəyirlər. Bax, bu məsələyə də yenə mühasiblər müdaxilə edirlər, yəni, lazım olan informasiyanı onlar çatdırırlar.

Beləliklə, maliyyə uçotu qərar qəbul edənlər və səhmdarlar, təchizatçılar, kreditorlar və banklar, işçilər, dövlət qurumları və müştərilər kimi maraqlı tərəflər üçün maliyyə hesabatlarının hazırlanması ilə məşğul olur.

Bu təşkilatlar biznes üçün həyati əhəmiyyət kəsb edir və çox vaxt şirkətin spesifik və ətraflı maliyyə vəziyyətini, eləcə də gələcək perspektivlərini bilməlidirlər.


İqtisadçı-mühasib peşəsi


Mühasibin rolu və vəzifələri nədən ibarətdir?

Müasir təşkilatda mühasibin rolunun müzakirəsi müasir dövrdə mühasibat uçotunun rolunun izahını tələb edir, çünki mühasiblər mövcud biznes mühitinin ayrılmaz hissəsidir. Mühasibin bəzi rol və məsuliyyətlərinə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:

  • Bank çıxarışlarının yoxlanılması və mühasibat uçotu ilə tutuşdurulması, habelə işçilər tərəfindən təqdim edilmiş xərclərin yoxlanılması;
  • Debitor borcları üzrə daxil olan ödənişləri və kreditor borcları üzrə gedən ödənişləri izləmək;
  • Şirkətin maliyyə hesabatlarının yaradılması, həmçinin hesab məlumatlarının və tendensiyaların toplanması, təhlili və ümumiləşdirilməsi yolu ilə xüsusi maliyyə hesabatlarının hazırlanması;
  • Şirkətin maliyyə vəziyyətini müəyyən etmək və şirkətin harada gəlir əldə etdiyini və itirdiyini anlamaq üçün toplanmış məlumatların təhlili;
  • Uçot qeydləri üzrə məlumatların toplanılması və təhlili yolu ilə aktivlər, öhdəliklər və kapitalla əməliyyatlar üzrə müxabirləşmələrin hazırlanması;
  • Hesab məlumatlarını daxil etmək yolu ilə maliyyə əməliyyatlarının sənədləşdirilməsi;
  • Uçot variantlarının təhlili yolu ilə maliyyə hərəkətlərinin tövsiyə edilməsi;
  • Məlumat toplamaq, balans hesabatlarını, mənfəət və zərər hesabatlarını və digər hesabatları hazırlamaqla cari maliyyə vəziyyətinin yekunlaşdırılması;
  • Mövcud və yeni qanunvericiliyin öyrənilməsi, tələblərə riayət olunmasının təmin edilməsi və zəruri tədbirlər üzrə rəhbərliklə məsləhətləşmə yolu ilə dövlət və yerli maliyyə qanunvericiliyinin tələblərinə riayət olunması;
  • Müştəri etimadını qorumaq və maliyyə məlumatlarının məxfiliyini qorumaqla əməliyyatların müdafiəsi.

Sadə dillə desək, müasir təşkilatda mühasibin vəzifələri və rolları mühasibat uçotu məlumatlarını tədqiq və təhlil edərək, daha sonra hesabatlar hazırlamaqla rəhbərliyə maliyyə məlumatlarını təqdim etməkdən ibarətdir.

Mühasibat uçotunun səviyyələri

Bizim dövrümüzdə təkcə mühasibat uçotunun rolunu deyil, həm də müasir təşkilatda mühasiblərin rolunu izah edərkən, başa düşmək lazımdır ki, mühasibat uçotu hansısa bir şeydən ibarət deyil; böyük və ya kiçik biznesdə mühasibat uçotunun bir çox səviyyəsi və ya növləri vardır. Mühasiblər müxtəlif ixtisaslara malik ola bilər, o cümlədən aşağıdakılara:

  • Vergilər: hər bir müəssisə vergi ödəməlidir və hər bir müəssisə mümkün qədər az vergi ödəmək istəyir. Mühasiblər bunu yerinə yetirməyə kömək edə bilir.
  • Əməkhaqqı: müəssisələr işçilərə maaş ödəməlidirlər, lakin daha da önəmlisi, müəssisələr əməkhaqqıdan vergi ödəməlidirlər. Bunlara aiddir: sosial təminatlar, pensiyalar, işçilərə kompensasiyalar və s. Əməkhaqqının hesablanması üzrə mühasiblər bütün bu işləri dəstəkləyirlər.
  • Kreditor və debitor borclar: istər podratçılara, istər satıcılara, istərsə də təchizatçılara ödənilməli olan hesab-fakturalar, eləcə də daxil olan ödənişlər hamısı işlənməlidir. Mühasiblər və ya mühasibat şöbələri bu prosesi həyata keçirirlər.
  • Mühasibat uçotu: gəlirlər bir sütunda, xərclər başqa bir sütunda qeyd olunur – və bu iki sütun bir-birinə uyğun gəlmirsə – biznesdə ciddi problemlər yarana bilər. Mühasib kimi fəaliyyət göstərən şəxs hər hansı bir iş üçün problemə çevrilməzdən əvvəl bu cür uyğunsuzluqları aradan qaldırmağa çalışır.

Aydındır ki, bugünkü biznes mühitində mühasibin rolu əvəzolunmazdır.

Başqa sözlə desək, müasir dövrümüzdə mühasibat uçotunun rolunu izah etmək üçün mühasiblərin hər hansı bir iş üçün daşıdığı müxtəlif və həyati məsuliyyətləri, şirkətin həm indi, həm də uzaq gələcəkdə davamlı və gəlirli olmasına kömək edən vəzifələri müəyyən etmək lazımdır.


Print Friendly, PDF & Email