Mühasib fırıldaqları (14-cü sxem)

birbank biznes

Mühasib14-cü sxem.

Kassa xidmətlərinə görə komisyon haqları tutularkən edilən dələduzluqlar.

Məlumdur ki, hər bir bank kassa xidmətinə görə müştərilərindən pul tutur. Bu məbləğ hesabdan çıxarılan pulun müəyyən faizi həcmində (1 və ya 2%) hesablanır. Tutaq ki, komisyon haqqı 1% təşkil edir, mühasib bankdan 50 000 manat çıxarmaq istəyir, belədə müəssisənin hesabındakı məbləğ 50 500 manat azalacaq ki, 500 manat bankın komisyon haqqı hesab olunur.

Şübhəsiz ki, bu zaman mühasibiniz bundan özünə hər hansı bir fayda götürə bilməyəcək. Lakin, saxtakarlıq üçün yenə də əl yeri ola bilər və təcrübəli mütəxəssis buradan da qazana bilər – xüsusilə, o halda ki, müəssisə bankdan tez-tez böyük miqdarda nəqd pulllar çıxarırsa.

Hansı yolla? İş ondadır ki, heç də bütün müəssisə rəhbərləri kassa xidmətinə görə tutulan komisyon haqqının məbləğini bilmirlər. Bu bir çoxlarının hətta diqqətini belə cəlb etmir. Çox nahaq yerə, çünki istənilən dələduz mühasib müəssisə rəhbərinin bu cür məlumatsızlığından asanlıqla öz şəxsi məqsədləri üçün yararlana bilər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Tutaq ki, mühasib bankdan 50 000 manat pul (məsələn, şirkət əməkdaşlarının əmək haqqı, təsərrüfat və ya ezamiyyə xərcləri üçün və s.) çıxarmalıdır. Beləliklə, əgər, kassa xidməti üçün komisyon haqqı olaraq 1% nəzərdə tutulubsa, bank müəssisənin hesabından 50 500 manat pul siləcək. Komisyon haqqı 2% təşkil edirsə, həmin məbləğ 1000 manata yüksələcək. Əgər, müəssisə rəhbəri komisyon haqqın ölçüsünü bilmirsə, vicdansız mühasib çox asanlıqla 500 manatı mənimsəyə bilər.

Bəs həmin pullar neəcə sənədləşdiriləcək? Mühasibdən ötrü çox vacibdir ki, uçotu elə aparsın ki, bu saxtakarlıqdan nə vergi müfəttişliyi, nə də bank xəbər tutsun. Təcrübəli mühasibdən ötrü bu cür “artıq” pulları “gizlətmək” elə də çətinlik törətməyəcək. Məsələn, o, həmin məbləği təsərrüfat xərcləri kimi silə də bilər, eləcə də o, pulu kiməsə ezamiyyə xərcləri kimi də sənədləşdirə bilər.

Yeri gəlmişkən, bəzi bank müəssisələri hüquqi şəxsdən banka daxil olan məbləğdən də komisyon xiddmət haqqı tuturlar. Tutaq ki, mühasibiniz bankdakı hesabınıza 100.000 min manat pul köçürmək istəyir, bu zaman hesabınızdakı məbləğ 98.000 manat artacaq.

Həmçinin bax: Ən səs-küylü maliyyə qalmaqalları

Onu da qeyd etmək lazımdır ki, hər hansı bir bankda pulun hesabdan çıxarılması və hesaba yatırılması zamanı tutulan komisyon haqq müxtəlif ola bilər (məsələn, hesabdan silinmək üçün 2%, hesaba yatırmaq üçün 1%) təşkil edəd bilər. Dələduz mühasib gözünü belə qırpmadan banka yatırdığı məbləğdən 2% həcmində komisyon haqq ödədiyini söyləyə bilər.

Düzdür, mühasibin bu saxtakarlıq zamanı əldə etdiyi “mükafatın” həcmi elə də böyük məbləğ təşkil etmir, amma, bütün hallarda hətta bu cür pullar da onu cəlb edə bilər. Nəzərə alsaq ki, belə əməliyyatlar müntəzəm baş verir, onda mühasibin buradan da heç də az qazanmadığı anlaşılar. O səbəbdən hər bir müəssisə rəhbəri belə əməliyyatlar zamanı bankların tutduğu xidmətə görə komisyon haqlarının faizi ilə maraqlansa, daha yaxşı olar. Bunu öyrənmək isə elə də çətin deyil, banka zəng vurub məlumat əldə etmək çox asandır.

13-cü sxemi bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email