Vakansiya: Mühasib köməkçisi tələb olunur.
İşəgötürən: NBA Technologies International LLC.
- Şəhər: Bakı
- Yaş: 23 – 35 yaş
- Cins: Fərqi yoxdur
- Təhsil: Ali
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər
- Əlaqədar şəxs: HR
- E-mail: /
- Əmək haqqı: Razılaşma əsasında müəyyən olunur.
İş barədə məlumat
- 1C proqramında müəssisənin maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq və hesabatların hazırlanması
- Hesabatlar əsasında maliyyə analizlərinin aparılması və maliyyə təkliflərinin verilməsi
- Gəlir və Xərclərin, şirkət aktivlərinin dövr ərzində hərəkətinə nəzarət etmək və doğruluğuna əmin olmaq
- Büdcənin formalaşdırılması, tətbiqi və yoxlanılması
- Maliyyə transaksiyaların dəqiqliklə və periodik qeydiyyatına nəzarət;
- 1 C proqramı ilə işləmək bacarığı;
- Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi;
- Microsoft Office proqramlarında, xüsusilə, MS EXCEL-də işləmək bacarığı;
Vəzifə təlimatları:
- Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının və digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
- Təhtəlhesab, balans, avans hesabatının aparılması;
- Dövlət orqanlarına hesabatların hazırlanması (Statistika, DSMF və s.);
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
- Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması;
İş qrafiki: 5 günlük, 09:00-18:00
Namizədə tələblər
Dil bilikləri
Azərbaycan, Rus, İngilis dili
- Ali təhsil (mühasibat uçotu, maliyyə);
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
Maraqlananlar CV-lərini mövzu bölməsində Mühasib köməkçisi qeyd etməklə / ünvanına göndərə bilərsiz bilərsiz.
Bir cavab yazın