Mühasib peşəsinə namizəd seçimi (1-ci hissə)

birbank biznes

Mühasib peşəsi üçün namizəd seçimi (1-ci hissə)


mühasib peşəsiMühasib peşəsi biznesdə ən vacib və məsuliyyətli vəzifələrdən biridir, pul qazanmaqla bağlı sıx bağlı olan bir peşədir.

Buna görə ideal mühasibin hansı keyfiyyətlərə malik olduğunu və şəxsi xüsusiyyətlərinə görə – danışıq tərzi, geyimi, suallara cavab verməsi və s. –  necə müəyyən edilə biləcəyini bilmək vacibdir. Yəni, hansı nitq modelləri və davranış əlamətləri mühasibin yerinə yetirdiyi vəzifələrə mükəmməl uyğun gəlir.

Qeyd edək ki, biz vəzifənin profilindən deyil, məhz şəxsiyyətin profilindən danışacağıq və başlanğıc üçün onların bir-birindən nə ilə fərqləndiyini və nədən ibarət olduğunu müəyyənləşdirəcəyik.

HR sahəsində, kadr seçimi ilə məşğul olan insanlarda belə bir anlayış  – vəzifə profili mövcuddur. Bu, namizədin bu və ya digər yerə yararlılığı, onun təcrübəsinə, bacarıqlarına, təhsilinə dair bütün səlahiyyətləri əhatə edir. İstənilən bir HR mütəxəssisi vəzifə profilini necə diaqnozlaşdırmağı bilir. Bunun üçün onun sərəncamında xüsusi sorğu kitabçaları, testlər və digər xüsusi alətlər olur.

Profaylinq bacarıqlarından istifadə üstünlüyü məhz şəxsiyyətin profilini, yəni insanın davranış xüsusiyyətlərini təhlil etməkdən ibarətdir. Təsəvvür edin ki, müsahibə üçün ərizəçi sizin yanınıza gəlib. Müəyyən bacarıqlara malik olaraq, siz onun zahiri görünüşü ilə bağlı üz cizgilərindən başlayaraq: onun burnunun, qulaqlarının, çənəsinin formalarını təhlil edirsiniz. Bəzən hətta ilk baxışdan belə, insanın psixoloji xüsusiyyətləri onun iddia etdiyi vəzifə üçün nə dərəcədə uyğun olduğunu anlamağa kifayət edir.

Aydındır ki, müxtəlif şirkətlərdə mühasibin qarşısında müxtəlif vəzifələr qoyula bilər: bir yerdə bu baş mühasibdir, digər yerdə isə – yeganə mühasibdir. Şaxələnmiş mühasibat şöbəsi olan böyük şirkətlər, müəyyən bir mühasibat növü ilə, məsələn, yalnız vergi və ya yalnız mühasibat uçotu ilə məşğul olan ayrı-ayrı sektorlara malikdirlər. Buna görə də, universal ideal mühasib barədə danışmaq bütün işəgötürənlər üçün təkcə çətin deyil, həm də kökündən yanlış olacaq. Bütün bunlar konkret şirkətin fərdi istəklərindən asılıdır.

Lakin, bir sıra keyfiyyətlər mövcuddur ki, qoyulmuş vəzifələrin xüsusiyyətlərindən asılı olmayaraq, istənilən halda mühasibə malik olmaq arzuolunandır. Onları universal adlandıracağıq.

Söhbət, ilk növbədə, xırda şeylərə, detallılığa olan məsuliyyət və diqqətdən gedir: bir qəpik belə yanlışlıq yolverilməzdir, axı kiçik anlaşılmazlıq vergi müfəttişliyi ilə bağlı problemlərlə nəticələnə bilər.

Savadlı nitq də az rol oynamır, çünki mühasib yalnız ofisdə vaxt keçirmir, debeti kreditlə aparmaqla yanaşı, müxtəlif razılaşmalara, vergi və kameral yoxlamalara da gedir. Məhz, buna görə də onun nitqi yaxşı olmalıdır. Əgər nitq inamlı və sərt olarsa, daha gözəl olar.

İdeal mühasib monoton işdən çəkinməməlidir, əksinə ona hazır olmalıdır. Axı, mühasib peşəsi xüsusi müxtəlifliyi ilə fərqlənmir. O tam və bütöv şəkildə rəqəmlərin sonsuz növbələşməsindən, kompüter ekranının monoton təsvirindən, mühasibat və vergi hesabatının tərtib edilməsi üzrə eyni proqramlardan ibarətdir.

Əlbəttə ki, namizədin təcrübəsi və onun səlahiyyətləri ilə maraqlanmaq lazımdır, lakin bu artıq HR-mütəxəssislərin imtiyazıdır. İddiaçının seçilməsinin vacib amili onun gözündə qığılcımın olmasıdır. Ona belə bir sual verin: “işiniz xoşunuza gəlirmi?”. Əgər o cavabında gülümsəyirsə, əgər gözlərində qığılcım görünürsə: “bəli! Vergi Məcəlləsi yeniləndikdə və bütün bunları həll edərkən həqiqətən zövq alıram…” – bax, bu əsl sizə lazım olandır. Hər bir halda ruh yüksəkliyi olmalıdır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Print Friendly, PDF & Email