Mühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

Son zamanlar tutulan vəzifələrə tələblər əhəmiyyətli dərəcədə artıb və prinsipcə yeni hesabat formaları meydana çıxıb. Bu da əmək bazarının bəzi seqmentlərində iş həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Məsələn, son zamanlar mühasibatlıq və auditor fəaliyyətinə artan tələblərdən, o cümlədən hazırda qüvvədə olan qanunvericiliyin tələblərindən söhbət gedir.

Görünür, bu cür tendensiyalar həmin sahələrin işçilərini müasir texnologiyalara və prinsipial yeni alətlərə daha tez-tez müraciət etməyə məcbur edir. Bu da bəzi ekspertlərin fikrincə, qaçılmaz prosesdir.

Hazırda əmək bazarının digər seqmentləri kimi mühasibat və audit fəaliyyəti tədricən yeni rəqəmsal texnologiyaların mənimsənilməsi və tətbiqi mərhələsindədir. Lakin “Deloitte & Touche” şirkətinin innovasiya sahəsində aparıcı eksperti Uill Bayblanın fikrincə, əslində, bu cür alətlərin rəqəmsallaşdırılması, inteqrasiyası və müəssisələrdə tətbiq edilməsi meyilləri hələ 2000-ci illərin əvvəllərində yaranmışdır.

Bir neçə il ərzində əksər şirkətlər öz məhsulları, müştəriləri, kontragentləri və sifarişçiləri haqqında bütün məlumatları “rəqəmsallaşdırmaq”, həmçinin biznesin aparılması üçün tamamilə yeni prinsiplərin işlənib hazırlanması üçün bir çox cəhdlər göstərib və müxtəlif alətlər tətbiq etməyə çalışıblar. Bayblanın sözlərinə görə, bu mərhələ şirkətlərin rəqəmsal texnologiyalara keçid prosesinin məntiqi davamı olub. Bu da qısaca avtomatlaşdırma və sistemli analiz mərhələsi kimi göstərilə bilər.

Tutaq ki, şirkət bütün mövcud məlumatları və verilənlər bazasını rəqəmsal müstəviyə çevirə bildi. Bəs, o, kökündən fərqli olacaq bütün iş proseslərini necə avtomatlaşdıra bilər? Baybl da vaxtilə belə bir sual vermişdi.

Əslində, müasir texnologiyaların əsas vəzifəsi ondan sonra istifadə etmək imkanı olan bir neçə prinsipial müxtəlif sistemlərin birləşdirilməsinin daha optimal həllini tapmaqdır. Məhz, bu proseslərin tam avtomatlaşdırılmasına gətirib çıxarmalıdır.

Bununla yanaşı, bu cür texnologiyaların bariz nümunəsi kimi, praktikada RBA texnologiyası adlandırılan müəssisələrdə biznes proseslərinin avtomatlaşdırılması üçün proqram robotlarının və süni intellektin tətbiqi prosedurunu göstərmək olar.

Baybl hesab edir ki, “RBA texnologiyasının əsas prinsipi adi insanlar kimi qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulmuş proqram botlarının yaradılmasıdır. Lakin, onlar avtomatik rejimdə müxtəlif sistemlər arasında məlumat mübadiləsi aparmağa imkan verir. Adi işçi daim bir sistemdən məlumat çıxarmaq və onu başqa sistemə daxil etmək məcburiyyətində qalacaq. Bu isə kifayət qədər müntəzəm fəaliyyətdir”.

Bununla yanaşı, mühasibat uçotunun prinsipcə yeni standartlarının tətbiqi prosesində əksər şirkətlər mühasibatın işi ilə bağlı bütün biznes-prosesləri avtomatlaşdırmaq imkanını axtarmağa başlayıblar. Həmçinin bütün müqavilə fəaliyyətini optimallaşdırmağa cəhd göstərirlər.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email