Məşhur adamlardan mühasibat uçotu haqda 6 maraqlı sitat

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat uçotu, Mühasibat uçotunun məqsədi, mühasibatlıq, Gələcəyin mühasibatlığı, mühasibatlıq, Gələcəyin mühasibatlığı, Vakansiya Aparıcı MühasibBiz mühasiblər olaraq daim öyrənməyə və biliklərimizi təkmilləşdirməyə çalışırıq. Burada diqqətəlayiq hesab olunan bir neçə sitat vardır və güman ki, həmin sitatlar sizə də maraqlı gələcək.

  • “Axmağı pullarından çox tez ayırmaq olur”.

Oscar Wilde

  • “Yaxşı mühasib – həm də yaxşı şairdir. O, şeylərin həqiqi dəyərini qiymətləndirir”.

Robert Frost

  • “Siz mühasibat uçotundan baş çıxarmalı və mühasibat uçotunun nüanslarını başa düşməlisiniz. Bu, biznesin dilidir və qeyri-mükəmməl dildir, lakin siz mühasibat uçotunu öyrənmək üçün səy göstərməyə, maliyyə hesabatlarını necə oxumağa və şərh etməyə hazır deyilsinizsə, səhmlərinizi sərbəst şəkildə seçməməlisiniz”.

Warren Buffett

  • “Siz mühasibat uçotunu bilməlisiniz. Bu, praktik iş həyatının dilidir. Onu sivilizasiyaya gətirmək faydalı bir iş olub. Eşitmişəm ki, o, sivilizasiyaya vaxtilə Aralıq dənizində böyük ticarət ölkəsi olan Venesiya vasitəsilə gəlib. Lakin ikili mühasibatlıq cəhənnəm ixtirasıdır”.

Charlie Munger

  • “Təcrübəmdən bilirəm ki, riyaziyyatda, həm ədədi manipulyasiyalarda, eləcə də onun (mühasibat uçotu) konseptual əsaslarını anlamaqda səriştəlilik, insanın gündəlik maliyyə qərarlarının qəbulu prosesində üstünlük təşkil edən qeyri-müəyyən və keyfiyyətli münasibətləri idarə etmək qabiliyyətini gücləndirir”.

Alan Greenspan

  • “Siçovul yarışlarından” çıxmağın yeganə üsulu – həm mühasibat uçotu, həm də investisiya sahəsində ustalığınızı sübut etmək, bəlkə də mənimsəmək üçün ən çətin iki fənn… maliyyə intellektidir –  bu, mühasibat uçotu, sərmayə yatırımı, marketinq və qanunun gücləndirici effektidir. Bu dörd texniki bacarığı birləşdirin, pulların köməyi ilə pul qazanmaq daha asandır”.

Robert Kiyosaki


Print Friendly, PDF & Email