Mühasibat uçotunun inkişaf mərhələləri (26-cı hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibat uçotu – inkişaf mərhələləri (26-cı hissə)

25-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat uçotu,XVI-XVIII əsrlərdə Almaniyada uçotun inkişafı

Şvayker mühasibat uçotunun aparılmasına böyük əhəmiyyət verirdi, konkret üsul və müddətləri göstərirdi. Şvayker tərəfindən tərtib olunan mühasibat kitablarının yoxlanılması qaydaları onu mühasibat auditinin banilərindən biri kimi tanımağa imkan verdi.

Alman hesabdarlıq forması ilk dəfə 1774-cü ildə F. Gelvi tərəfindən yazılıb, forma jurnalın Memoriala və kassa kitabına bölünməsi nəticəsində ortaya çıxmışdı. Birinci registrdə xronoloji qaydada kassalara aid olmayan təsərrüfat həyatının bütün faktları qeydə alınırdı.

Uzun illər Almaniyada mərkəzində kassa uçotu olan kameral mühasibatlıq üstünlük təşkil edirdi, o səbəbdən ikili italyan mühasibatlığının geniş yayılması, yaxşı tanınan kassa kitabının Memoriala əlavə olunmasına gətirib çıxardı və nəticədə xronoloji qeydlər iki registrdə aparılmağa başlanıldı. Hesablar üzrə yekunların yazıldığı Əsas kitabda qeydlər isə ayda bir dəfə aparılırdı. Kassa kitabı və Memorial əsasında bütün hesabların debet və krediti üzrə iki rekapitulyasiya təşkil edirdi. Bundan sonra, yığma bir jurnal doldurulurdu, həmin jurnalda konkret bir sxemə görə ya debet əlamətlərinə görə, ya da fərdi hesabların kredit atributuna (Cənubi alman versiyası) və ya yığma maddələr formulu üzrə yazırdılar: müxtəlif hesablar (şimali alman variantı). Sintetik hesablar üzrə dövriyyələrin yekunu Əsas kitaba yazılırdı.

Beləliklə, Alman mühasibat uçotu formasında uçotun özünəməxsus xüsusiyyətləri formalaşdı. Qeydlərin dizaynına, eyni zamanda qeydlərin qeydiyyata alınmasına xüsusi diqqət yetirilirdi, lakin o dövrün əksər Avropa ölkələrinin mühasibləri üçün öz qeydlərini bacardıqları kimi yazmaq xarakterik idi.

XIX əsrdə Almaniyada uçot nəzəriyyəsinin inkişafı

Almandilli ölkələrdə uçot nəzəriyyəsini F. Skubits, F. Lyatner, E. Şmalenbax, İ. Kraybiq, İ.F. Şer və başqaları inkişaf etdirirdilər.

F. Skubits ikili qeydiyyatı dəyərlər mübadiləsi nəzəriyyəsindən izah edirdi. O, iddia edirdi ki, hər bir əməliyyat süni şəkildə uydurulmuş sistem əsasında deyil, mübadilə aktının təbii xarakteri nəticəsində ikili qeydiyyat tələb edir. Skubits hesab edirdi ki, təsərrüfat fəaliyyətinin nəticələri təkcə bütövlükdə müəssisə üzrə deyil, həm də onun bütün hissələri üzrə: sexlər, dükanlar, şöbələr və sair üzrə çıxarılmalıdır.

F. Liaytner hesabdarlığı ticarət əməliyyatlarının xronoloji təsviri, onların səbəbli əlaqələrində təsərrüfat hadisələrinin sistematik qruplaşdırılması, pul dəyərləri ilə eynicins dövriyyələrin xülasəsi kimi müəyyənləşdirirdi. O, iddia edirdi ki, hər bir təsərrüfatın hesabdarlığının son məqsədi kapitalın və borcların kəmiyyət və tərkib hissələrinin müəyyən edilməsi, habelə təsərrüfat fəaliyyətinin nəticəsinin çıxarılması yolu ilə onun iqtisadi vəziyyətini təsvir etməkdən ibarətdir. Liaytner, mühasibat uçotu iş statistikasının bir hissəsi kimi anlaşılan, ümumi nəzarət və həmin nəzarəti təmin edən bir yenilikçi idi. Liaytner ikili qeydiyyatı əmlakı qeyri-dəqiq dəyərləndirdiyinə görə tənqid edirdi. Onun müəssisənin maliyyə fəaliyyətini təhrif etdiyini iddia edirdi; ikili qeydiyyat əsasında uçot məlumatlarının yoxlanılmasının kifayət etmədiyinə və istənilən zaman anında maliyyə nəticələrinin əks etdirilməsinin mümkün olmadığını söyləyirdi.

Alman məktəbində uçotun iki müstəqil dövrə dəqiq ayrılması mövcud idi: ticarət və istehsal mühasibatlığı. Ticarət mühasibatlığı müəssisənin xarici əlaqələrinin uçotunu aparır, onun əmlakının tərkibini və təsərrüfat fəaliyyətinin nəticələrini müəyyənləşdirirdi. İstehsalat mühasibatlığı bütün əməliyyatları əhatə edirdi və istehsal prosesini dəqiq şəkildə əks etdirirdi. Beləliklə, ticarət mühasibatlığı borc və öhdəliklərə, istehsalat mühasibatlığı isə təsərrüfatdaxili proseslərə nəzarət edirdi. İstehsalat mühasibatlığı dörd şöbəyə bölünürdü:  əmək haqqı uçotu, materialların uçotu, maya dəyərinin uçotu, nəticələrin uçotu. Ticarət mühasibatlığı aparıcı, istesalat mühasibatlığı isə tabeçilik göstərən hesab edilirdi.


27-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email