Mühasibat uçotu haqqında Qanuna dəyişiklik edilib

posted in: Xəbər | 0

Mühasibat uçotu statistikası,Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Mühasibat uçotu haqqında” Qanunda bir sıra əlavə və dəyişikliklər həyata keçirildi. Onu da qeyd edək ki, bu dəyişikliklər əsas maliyyə institutları üzrə mühasibat uçotu məsələlərini əhatə edir. Müvafiq yeniliklər aşağıdakı kimidir:

Sığorta şirkətləri anlayışları sığortaçı və təkrarsığortaçı anlayışı ilə əvəz edildi. Buna müvafiq olaraq təkrarsığorta şirkətləri tərəfindən də bu qanunun tətbiqi konkretləşmiş oldu.

Kredit təşkilatları tərəfindən mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forma və məzmunu Maliyyə Nazirliyi ilə (əvvəl Prezidentlə) razılaşdırmaqla Mərkəzi Bank tərəfindən müəyyən ediləcək.

Qanunda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılarkən mövcud olan müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum ifadələri verilən səlahiyyətlərə uyğun Mərkəzi Bank olaraq dəyişdirildi.

Mühüm yeniliklərdən biri də təkrarsığortaçılar, hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin mühasibat uçotunun aparılmasına, baş mühasiblə yaxud müvafiq struktur bölmə vasitəsilə mühasibat uçotunu aparmasına nəzarət də Mərkəzi Banka verildi.

Təkrarsığortaçılar, sığortaçılar hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin, kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları və bu fondların idarəçiləri, habelə qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin  maliyyə hesabatlarını təqdim etməsi və dərc etməsi sahəvi qanunvericilik aktları ilə tənzimlənəcək və buna Mərkəzi Bank tərəfindən nəzarət ediləcək.


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *