Mühasibat uçotu sahəsində qarşıda duran yeni vəzifələr müzakirə olunub

posted in: Xəbər | 0
birbank biznes

mühasib, vakansiya, Turizm vergi öhdəlikləri vergi güzəştiAzərbaycan Respublikası Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında birgə görüş keçirilib.

Maliyyə Nazirliyindən bildirilib ki, görüşdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunun qüvvəyə minməsindən irəli gələn vəzifələr, mühasiblərin peşə fəaliyyətinin inkişafı, peşəkar mühasib sertifikatının əldə edilməsi və bu təşkilata üzv olmanın zəruriliyi, peşəkar mühasib təşkilatları tərəfindən aparılan maarifləndirici tədbirlərin əhəmiyyəti və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Həmçinin tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi, təcrübə mübadiləsi, qanunvericiliyə dəyişikliklərin edilməsi üzrə məsləhətləşmələrin aparılması, fəaliyyət prosesində yaranan problemlərin həllində koordinasiyanın təşkili və vahid yanaşma prinsiplərinin tətbiqi diqqət mərkəzində olub.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email