Mühasibat uçotu registrləri və formaları

posted in: Xəbər | 0

Uçot registri nədir?

Mühasibat hesabatlarında əks etdirmək üçün ilkin sənədlərdən əldə edilmiş məlumatlar yığılmalı və sistemləşdirilməlidir. Bunun üçün məlumatların qeydiyyatı zəruridir. Uçot məlumatlarının qeydiyyatı əl, yaxud kompüterlər vasitəsi ilə həyata keçirilir. İlkin qeydiyyat mühasibat uçotu hesablarında aparılır.

Təsərrüfat əməliyyatlarının işlənməsi və qeydiyyatı üçün xüsusi cədvəl formalarından – mühasibat uçotu registrlərindən  istifadə edilir.

Mühasibat uçotu registrləri – ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlərdir.

Təsərrüfat əməliyyatları registrlərdə xronoloji ardıcıllıqla əks olunur. Əməliyyatlar mühasibat uçotu hesablarına uyğun olaraq qruplaşdırılır. Mühasibat uçotu registrləri, habelə daxili mühasibat hesabatlarının məzmunu kommersiya sirridir. Bu sənədlərə giriş hüququ əldə etmiş auditor, həmçinin digər şəxslər kommersiya sirrini qorumalıdır.

Mühasibat uçotu registrləri üzrə təsnifat

Aşağıda mühasibat uçotunda istifadə edilən uçot registrlərinin təsnifatı verilib:

Təsərrüfat əməliyyatları registrlərdə xronoloji ardıcıllıqla əks olunur. Əməliyyatlar mühasibat uçotu hesablarına uyğun olaraq qruplaşdırılır.

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri mühasibat uçotu registrlərini Azərbaycan dilində aparmalıdır.

Mühasibat uçotunun registrlərində yazılışlar ilkin uçot sənədlərinə əsasən qələm yaxud avtomatlaşdırılmış üsulla aparılır. Mühasibat uçotunun registrləri, həmçinin, müasir hesablama texnikası vasitələri tərtib edilir.

Hər ayın sonunda analitik uçot registrlərində dövriyyənin yekunu hesablanaraq subhesablar üzrə qalıqlar çıxarılır. İlin əvvəlinə olan dövriyyə balansının məlumatları (qalıqları) hesabat dövründən əvvəlki dövrün sonuna təsdiq edilmiş yekun balansın məlumatlarına uyğun olmalıdır. Hesabat ilinin əvvəlinə dövriyyə balansının məlumatları dəyişdirilərsə, onda onun səbəbləri aydınlaşdırılmalıdır.

Registrlərin formalaşdırılması qaydası mühasibat uçotunun standartları ilə tənzimlənir.

Mühasibat uçotunun formaları

Mühasibat uçotu çoxsaylı registrlərdə aparılır. Mühasibat uçotu registrləri kimi müxtəlif formaya uyğunlaşdırılmış yazılışların aidiyyəti ardıcıllıqlarla aparılması mümkün olan kitablar, kartlar, jurnal-orderlər, cədvəllər və ayrı-ayrı vərəqlərdən istifadə edilir. Bütün bunlar mühasibat uçotunda bir-birindən fərqli formaların tətbiqini şərtləndirir.

Mühasibat uçotunun formaları dedikdə sintetik və analitik uçotun əlaqələrini, təsərrüfat əməliyyatlarının metod və texnikasını, uçot proseslərinin texnologiyası və təşkilini müəyyən edən uçot registrlərinin məcmusu başa düşülür.

Mühasibat uçotu subyektləri tərəfindən mühasibat uçotunun aparılması:

  • memorial-order forması;
  • jurnal-order forması yaxud
  • digər formalar əsasında əl yaxud avtomatlaşdırılmış rejimdə həyata keçirilir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2016-cı il tarixli Q- 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası”na uyğun həyata keçirilir və müəssisələrdə, əsasən, sintetik uçotun memorial order forması tətbiq olunur.

Memorial order forması – baş vermiş maliyyə-təsərrüfat əməliyyatlarının ilkin uçot sənədlərinə uyğun olaraq xronoloji ardıcıllıqla müxabirləşmələrin verilməsi ilə tərtib edilən sintetik uçotun aparılma formasıdır.

Hazırda cədvəl, kitab və jurnalları, müxtəlif mühasibat uçotu registrlərini fərdi kompüterlərdə işləyən müasir mühasibat proqramları əvəz etməyə başlayıb. Belə kompüter proqramları nisbətən mürəkkəb olsa da, mühasibin işini müqayisə edilməz dərəcə də asanlaşdırır.

Müəssisələrdə tətbiq edilən memorial orderlər

Memorial order forması özündə bir çox uçot registrini birləşdirir. Müəssisələrdə tətbiq edilən memorial orderlər aşağıdakılardır:

  • Memorial order №1 (kassa əməliyyatları üzrə);
  • Memorial order №2 (bank əməliyyatları üzrə);
  • Memorial order №3 (əməkhaqqı, pul təminatı və ona bərabər tutulan ödənişlər üzrə);
  • Memorial order № 4 (təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə);
  • Memorial order №5 (ehtiyatlar üzrə);
  • Memorial order №6 (qeyri-maddi aktivlər, torpaq, tikili və avadanlıqlar, daşınmaz əmlaka investisiyalar, bioloji aktivlər, təbii sərvətlər, digər uzunmüddətli aktivlər və digər uzunmüddətli qeyri-maliyyə aktivləri üzrə);
  • Memorial order №7 (xidmətlər və işlər üzrə);
  • Memorial order № 8 (fəaliyyətin nəticələri və bununla bağlı digər əməliyyatlar üzrə).

Mühasibat uçotu registrlərinə nümunə kimi aşağıdakı memorial orderin bir hissəsi verilib.

Memorial order forması özündə bir çox uçot registrini birləşdirir. Müəssisələrdə tətbiq edilən memorial orderlər bunlardır.

Memorial orderlər A), B), C) hissəsindən ibarətdir. A) hissəsində təsərrüfat əməliyyatları üzrə əməliyyatlar qeyd olunur. Bu əməliyyatlar qruplaşdırılaraq B) hissəsinə, qruplaşdırılmış yazılışlar üzrə dövriyyələr isə C) hissəsinə yazılır.

Memorial orderlərdə subhesabların müxabirləşdirilməsi əməliyyatın xarakterindən asılı olaraq bir subhesabın debeti və digər subhesabın krediti yaxud bir subhesabın debeti və bir neçə  subhesabın krediti, bir subhesabın krediti və bir neçə subhesabın debetinə yazılır.

Təşkilatlar onlar üçün əhəmiyyət kəsb edən istiqamətlər üzrə əlavə memorial orderlər tərtib etmək, habelə maliyyə-təsərrüfat əməliyyatlarının həcmindən asılı olaraq memorial orderləri birləşdirmək hüququna malikdir.

Dövriyyə-qalıq cədvəli

Sintetik uçotun memorial order formasının tətbiqi zamanı istifadə edilən əsas registrlərdən biri dövriyyə balansıdır. Mühasibat uçotu registri olan dövriyyə balansı hesablar və subhesablar üzrə dövrün əvvəli və sonuna qalıqları, habelə dövr ərzində onların debet və kredit üzrə dövriyyələrini özündə əks etdirən dövriyyə-qalıq cədvəlidir.

Dövriyyə qalıq cədvəlləri balansın tərtib edilməsi prosesində istifadə olunan aralıq işçi sənəd kimi böyük əhəmiyyətə malikdir.

Dövriyyə balansı hesablar və subhesablar üzrə dövrün əvvəli və sonuna qalıqları, habelə dövr ərzində onların debet və kredit üzrə dövriyyələrini özündə əks etdirən dövriyyə-qalıq cədvəlidir.

 

Sadələşdirilmiş vergi

Print Friendly, PDF & Email