Düzgün uçot qanunun tələbidir
Mühasibat uçotunun qurulması biznes sahiblərinin fəaliyyətə başladığı ilk mərhələlərdə ən vacib addımlardan biridir. Peşəkar mühasibat xidmətləri uçotun düzgün təşkilini təmin edir və gələcəkdə yoxlayıcı orqanların şirkətə yönəlmiş iddialarını minimuma endirir.
Qanunvericiliyə əsasən, hər bir müəssisə mühasibat uçotu aparmalıdır. Lakin uçotu düzgün qurmaq üçün ixtisaslı mütəxəssislərin dəstəyi vacibdir. Bir çox hallarda kənar mütəxəssislər tərəfindən təqdim edilən mühasibat xidmətləri həm iqtisadi baxımdan sərfəli, həm də keyfiyyət baxımından etibarlıdır.
AccountingAz MMC sahibkarlıq subyektlərinə mühasibat uçotunun qurulması və maliyyə hesabatlarının hazırlanması üzrə kompleks xidmətlər təklif edir. Tərəfdaşlıq etdiyimiz bu şirkətin xidmətləri həm yeni yaranmış şirkətlər, həm də fəaliyyətdə olan müəssisələr üçün nəzərdə tutulub.
Yoxlamanın üzə çıxardığı problemlər
Uçotun təşkili prosesinə “barmaqarası” yanaşan müəssisələrdə sonradan ciddi problemlər üzə çıxır. Fəaliyyətin ilkin mərhələsində mühasibat uçotunun qurulmasına laqeyd yanaşma nəticəsində yaranan belə hallar əsasən aşağıdakılar aiddır:
- Sənədləşmənin natamam aparılması:
- aktivlərin silinməsi və daxili yerdəyişmələrin qeydə alınmaması;
- təmir və ehtiyat hissələri üzrə sənədlərin düzgün tərtib edilməməsi;
- malların adı və rekvizitlərinin daşınma sənədlərində səhv göstərilməsi.
- Kadr və məsuliyyət boşluğu:
- işçilərin sənədlərin tərtibi qaydalarını bilməməsi nəticəsində uçotda səhvlər yaranır.
Belə problemlərdən qaçmağın ən effektiv yolu – mühasibat xidmətlərini ixtisaslaşmış şirkətlərə həvalə etməkdir. Peşəkar uçot sistemi yoxlamalar zamanı riskləri azaldır və qanunvericiliyə uyğunluq təmin edir.
Niyə “AccountingAz”?
Çünki Accounting.Az MMC 10 ildən artıq təcrübəyə malik peşəkar komandadır. Şirkət yalnız mühasibat xidmətləri təklif göstərmir – həm də müştərilərin biznes qərarlarına məlumat dəstəyi təklif edir.
Şirkətin üstünlükləri:
- peşəkar və sertifikatlı mühasiblərdən ibarət komanda;
- qanunvericilikdə dəyişikliklərin daimi izlənməsi;
- məlumat məxfiliyinə və kommersiya sirrinə tam zəmanət;
- müştəri məmnuniyyətinə yönəlmiş fərdi yanaşma.
Bunu tək biz demirik, yalnız müştərilər tövsiyyə etmir, beynəlxalq təşkilatlar da təsdiq edir.
| AccountingAz konsaltinq şirkəti dünya reytinq cədvəlində ilk 3-lükdə olan beynəlxalq “PrimeGlobal” Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyasına üzv olan ilk və yeganə Azərbaycan şirkətidir. Buraya keçid alın və əmin olun. |
Mühasibat uçotunun qurulması xidməti
AccountingAz tərəfindən təqdim olunan mühasibat xidmətləri çoxşaxəlidir. Şirkətin mühasibat uçotunun qurulması xidməti aşağıdakıları əhatə edir:
- uçot sisteminin mövcud vəziyyətinin qiymətləndirilməsi;
- struktur və sənəd dövriyyəsinin analizi;
- uçot siyasətinin və daxili qaydaların hazırlanması;
- kadr sənədlərinin tərtibi (əmrlər, müqavilələr, təlimatlar);
- mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması;
- avtomatlaşdırma səviyyəsinin təhlili (1c, mühasibatlıq və s.);
- mühasibat işçilərinin qiymətləndirilməsi və təlimləndirilməsi.
Əlverişli qiymətlər və fərdi yanaşma hər bir müştərinin biznes ehtiyacına uyğun həll təqdim etməyə imkan verir.
Qiymətin formalaşması
Mühasibat xidmətlərinin dəyəri bir sıra amillərdən asılıdır:
- sənəd dövriyyəsinin həcmi;
- vergitutma sistemi və fəaliyyət sahəsi;
- mühasibat sistemlərinin mövcud vəziyyəti.
İlkin qiymət təklifi üçün sadəcə ünvanına yazmaq kifayətdir. Biz sizə ən uyğun təklifi təqdim edəcəyik.
Xidmətdən necə yararlanmaq olar?
Mühasibat uçotunun qurulması və digər mühasibat xidmətlərinin sifarişi çox sadədir:
- Əlaqə səhifəsində formanı doldurun və ya WhatsApp-la müraciət edin;
- Komandamız sizinlə əlaqə saxlayacaq;
- Lazımi məlumatları toplayıb müqavilə hazırlayacağıq.
Bundan sonra siz biznesinizin inkişafına fokuslanırsınız, biz isə uçotunuzu tam dəqiqliklə idarə edirik.
AccountingAz MMC sizə yalnız mühasibat uçotunun qurulması deyil, həm də auditə hazırlıq, vergi uçotu və maliyyə məsləhətləri üzrə kompleks mühasibat xidmətləri paketi təklif edir.
Peşəkar mühasibat xidmətləri biznesin uğurlu inkişafının əsas dayağıdır.
Düzgün qurulmuş uçot sistemi müəssisəni cərimələrdən, yanlış hesabatlardan və itkilərdən qoruyur.
Əgər siz də mühasibat uçotunun qurulmasını peşəkarlara həvalə edib rahat və şəffaf idarəetmə mühiti yaratmaq istəyirsinizsə – bizimlə əlaqə saxlayın.
Biz sizin mühasibatınızı idarə edirik, siz isə biznesinizə yönəlin!

