Mühasibatlıqda süni intellekt: İstifadə reallıqları, üstünlüklər və risklər

posted in: Xəbər | 0

Rəqəmsal transformasiya və avtomatlaşdırma artıq maliyyə sektorun da aparıcı rol oynayır. Mühasibat uçotun da ikili yazılış, hesabatların konsolidasiyası və məlumatların daxil edilməsi kimi rutin prosesləri mütəxəssislərin böyük vaxtını aparır. Mühasibatlıqda süni intellekt (Sİ/AI) məhz bu məqamda uçot işçilərinin köməyinə gəlir. Artıq ChatGPT kimi böyük dil modelləri (LLM) sadəcə bir mətn generatoru deyil, operativ iş prinsiplərini optimallaşdıran rəqəmsal köməkçi kimi çıxış edir. Bu texnologiyalar sayəsində maliyyəçilər mexaniki işlərdən uzaqlaşaraq strateji idarəetməyə daha çox vaxt ayıra bilirlər.

Gündəlik mühasibat əməliyyatlarında süni intellektin praktiki tətbiqi

Düzgün qurulmuş sorğu alqoritmləri (promptlar) sayəsində ağıllı süni intellekt sistemləri daxili audit yoxlamalarından tutmuş ilkin sənədlərin hazırlanmasınadək hər bir addımda iş yükünü yüngülləşdirir. Prosesin əsas tətbiq sahələrini belə qruplaşdıra bilərik:

1. Böyük data, mürəkkəb Excel formullarının sintaksisi

Maliyyə hesabatlarında debitor-kreditor qalıqlarının qarşılaşdırılması, çarpaz yoxlama mərhələsində VLOOKUP, XLOOKUP, INDEX/MATCH yaxud spesifik SUMIFS formullarının qurulması qaçılmaz olur. Mühasibatda ChatGPT imkanlarından yararlanaraq cədvəlinizin quruluşunu proqrama izah etməklə lazım olan formulu, makro (VBA) kodunu saniyələr içində əldə edə bilərsiniz. Beləliklə, mühasibatlıqda süni intellektdən istifadə mexaniki insan xətaları sıfırlanır və hesabatların ərsəyə gəlmə sürəti dəfələrlə artır.

2. Korporativ yazışmalar, hüquqi bildirişlərin tərtibi

Vaxtı keçmiş debitor borclarının tələb edilməsi, kontragentlərlə üzləşmə sənədlərinin hazırlanması, pretenziya məktublarının yazılması, daxili rəqəmlərin rəhbərliyə təqdimatı üçün rəsmi-işgüzar üslubda mətn şablonlarının qurulmasını tamamilə rəqəmsal süni intellekt alətlərinə buraxmaq mümkündür. Sistem mütəxəssisin yazı-pozu işlərinə itirdiyi vaxtı ona qaytararaq diqqəti daha vacib nöqtələrə cəmləyir.

Mühasibat xidmətləri

3. Sürətli data daxiletmə, uyğunsuzluqların tapılması

Bulud texnologiyalı yeni proqramlar eyni məlumatın təkrarən daxil edilməsi ehtimalını aradan qaldırır. Qaimələrin, kassa çeklərinin şəkillərindən lazımi rəqəmləri avtomatik seçib oxuyan sistemlər əl ilə yazarkən buraxılan səhvləri bloklayır. Eyni zamanda, şirkət daxili qaydalara uyğun gəlməyən xərclər dərhal ekranda görünür, auditorların riskləri qabaqcadan görməsinə şərait yaradılır.

Mühasibatlıqda süni intellektin tətbiqi zamanı risk faktorları

Maliyyə hesabatlarının tərtibində, vergi bəyannamələrində xətalara yer yoxdur. Müasir proqramlarla işləyərkən hər bir sahə mütəxəssisi müəyyən riskləri mütləq sığortalamalı və prosesi birbaşa idarə etməlidir:

Kommersiya sirri, konfidensiallıq: Müəssisənin gizli maliyyə göstəricilərini, mənfəət-zərər hesabatlarını, maaş cədvəllərini, müştəri bazasını ChatGPT platformasının ümumi serverlərinə yükləməyin. Bu addım, informasiya təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması deməkdir.

“Halüsinasiya” (səhv hesablama, uydurma qanunvericilik): Nə qədər inkişaf etsə də, süni intellekt modellərinin riyazi hesablamalarda, hüquqi maddələrdə uydurma faktlar təqdim etmə (halüsinasiya) ehtimalı var. Proqramın çıxardığı hər bir düsturu, kodu, hüquqi şərhi yerli qanunvericilik həmçinin normativ aktlarla yoxlamaq şərtdir.

Lokal vergi uçotunun spesifikasiyası: Beynəlxalq proqram təminatları Azərbaycan Respublikasının Vergi Məcəlləsindəki ən son dəyişiklikləri, spesifik hesabat formalarını, ÖMV (Ödəmə Mənbəyindən Vergi) istisnalarını dəqiqliklə bilməz. Odur ki, yerli vergi ekspertinin nəzarəti həmişə vacibdir.

Süni intellekt dönəmində mühasib peşəsinin gələcəyi

Yeni nəsil texnologiyalar bu peşəni tarixin arxivinə gömməyəcək, sadəcə olaraq mütəxəssislərin iş prinsiplərini, onlara qoyulan tələbləri tamamilə dəyişəcək. McKinsey agentliyinin hesabatları göstərir ki, innovativ sistemləri vaxtında tətbiq edən şirkətlər mənfəətlərini 20%-dən çox artıra biliblər.

Rutin rəqəm daxiletmələrini, texniki sənədləşmələri proqramların öhdəsinə buraxan hər bir rəqəmsal mühasib öz enerjisini maliyyə analitikasına, vergi optimallaşdırılmasına, risklərin sığortalanması kimi idarəedici qərarlara yönəldə bilər. Əmək bazarındakı yeni trendləri yaxalayan mütəxəssis profilinin yaranması kadrın peşəkar dəyərini, rəqabət gücünü artıran əsas faktordur. Yekunda demək olar ki, mühasibatlıqda süni intellekt həlləri, o cümlədən ChatGPT-dən istifadə bir təhdid deyil, peşəni irəliyə aparan güclü bir hərəkətverici qüvvədir.

ƏDV depozit hesabından DSMF-yə vəsait köçürmək mümkün olacaq