Münasibətlərin hansı hallarda əmək münasibəti hesab ediləcəyi müəyyənləşir

posted in: Xəbər | 0
birbank biznes

əmək müqaviləsi, Əmək müqaviləsinə xitam,Hansı hallarda tərəflər arasında yaranan münasibətlərin əmək münasibəti hesab ediləcəyi müəyyənləşir.

Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmin hallar aşağıdakılardır:

– müqavilənin məzmunu və forması Əmək Məcəlləsinə uyğun olduqda;

– tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə;

– tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə  bağlı yarandıqda;

– tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;

– tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda;

– yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəlləyə uyğun tənzimləndikdə;

– yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;

– müqavilədə  əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri, əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları, məzuniyyətin növləri, işçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar və əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növlərinin tənzimlənməsi nəzərdə tutulduqda;

Bu hallardan biri aşkar edildiyi gündən yazılı əmək müqaviləsi bağlanmalıdır.

Layihəyə əsasən, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyəcək.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email