Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi artıb

posted in: Xəbər | 0

nağd pul Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2018-ci il avqustun 1-nə 7 987,6 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, dövriyyədə olan nağd pul kütləsinin həcmi iyulda əvvəlki ayla müqayisədə 173,1 mln. manat və ya 2,2% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nağd pul kütləsinin həcmində 508,0 mln. manat və ya 6,8% artım qeydə alınıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qeyd edək ki, dövriyyədə olan nağd pulun Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında 11 144,4 mln. manat həcmində olub. 2018-ci il avqustun 1-nə açıqlanan göstərici tarixi maksimumdan 3 156,8 mln. manat və ya 28,3% aşağıdır.

AMB-nin məlumatına görə, avqustun 1-nə dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 79,2% təşkil edib.

Mənbə: report.az

Həmçinin bax: Vergi hesabat formasına dəyişiklik edilib

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *