“Nağdsız hesablaşmalar haqqında” Qanuna kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Nağdsız hesablaşmalar“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053; 2017, № 7, maddə 1288; 2019, № 1, maddə 28; 2020, № 5, maddə 527, № 11, maddə 1333; 2021, № 12, maddə 1310) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.4.3-cü maddəyə “publik hüquqi şəxslərə” sözlərindən sonra “(bu Qanunun 3.4.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

2. 3.4.12-ci maddəyə “tibb müəssisələri” sözlərindən sonra “və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2022-ci il

Mənbə: president.az


Print Friendly, PDF & Email