Nağdsız ödənişlə mənzil alarkən ƏDV hansı halda geri qaytarılır?

posted in: Xəbər | 0
birbank biznes

bina tikintisi fəaliyyəti,İpoteka yolu ilə 7 faizlə şirkətdən deyil, fiziki şəxsdən nağdsız ödənişlə ev almışam. ƏDV-nin bir hissəsinin geri qaytarılması mənə aid edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi alıcıya geri qaytarılır.

Sorğuda qeyd olunan mənzil bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmadığı üçün ƏDV-nin geri qaytarılması mümkün deyil.

Qeyd edilib ki, fiziki şəxslər tərəfindən mülkiyyətində olan yaşayış sahələrinin təqdim olunması ƏDV-yə cəlb olunmur və notariuslar tərəfindən alğı-satqı zamanı ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı və 218-ci maddələri və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

Mənbə: vergiler.az


Print Friendly, PDF & Email