Nəqliyyat vasitələrinə görə illik amortizasiya norması nə qədərdir?

posted in: Xəbər | 0
birbank biznes

Nəqliyyat vasitələrinə görə illik amortizasiya norması nə qədərdir?

Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma Nəqliyyat amortizasiyaƏDV qeydiyyatında olmayan və illik dövriyyəsi 200.000 manatadək olan mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərən hüquqi şəxsin balansında olan nəqliyyat vasitələrinə görə illik amortizasiya normasının yuxarı həddi nə qədərdir?
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilmiş amortizasiya normalarına 2 əmsalı tətbiq etməklə gəlirdən çıxırlar.
Qeyd olunanlara əsasən, bu kateqoriyadan olan vergi ödəyicisi balansında olan nəqliyyat vasitələrinə görə illik amortizasiya normasına (25 faizə) 2 əmsalı tətbiq etməklə (25% x 2 = 50%) daha artıq məbləği gəlirdən çıxmaq hüququna malikdir.
Əsas: Vergi Məcəlləsi, 114.3-1-ci maddə
Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email