“Nestle” zərərli qida hazırladığını etiraf edib

posted in: Xəbər | 0
birbank biznes

Dünyanın ən böyük qida məhsulları istehsalçılarından biri olan İsveçrənin “Nestle” şirkəti etiraf edib ki, onun məhsullarının əksəriyyəti sağlam qidalanmanın ümumi qəbul edilmiş tərifinə uyğun gəlmir. Bu barədə şirkətin daxili təqdimatında deyilir. Həmin təqdimatdan bir parçanı “Finacial Times” nəşri nümunə gətirib.

Qəzetin dəqiqləşdirdiyinə görə, belə bir məlumat ilin əvvəlində “Nestle” şirkətinin top-menecerləri arasında geniş yayılıb. Sənəddə xüsusilə olaraq, qeyd olunur ki, şirkətin firma məhsullarının yalnız 37 faizi Avstraliyanın sağlam qida sisteminə uyğun olaraq 3,5 bəndlik reytinqi üstələyir. Bu beşballıq sistemdən bütün dünya üzrə tədqiqatlarda istifadə olunur.

“Nestle” şirkətindən bildiriblər ki, bu sistemdə 3,5 bəndlik bal və bundan  yuxarı olan bal qidanın sağlam olmasından xəbər verir. Amma məhsulların bir hissəsi lazımi reytinqi yığa bilməyib.  Belə ki, kofe və içkilər seqmentində məhsulların 96 faizi, konfet və dondurma seqmentində 99 faiz qeyri-sağlam məhsul kimi etiraf olunub. “Nestle” tərəfindən buraxılan uşaq qidaları, heyvanlar üçün yemlər və dərmanlarla bağlı məlumatlar isə yoxdur.

Jurnalistlərin əlinə düşən təqdimatda ayrıca konkret məhsulların çatışmazlıqları da öz əksini tapıb. Məsələn, “DiGiorno” pizzasında tövsiyə olunan gündəlik natrium dozasının təxminən 40 faizi, “Hot Pocket” pizzasında isə gündəlik normanın demək olar ki, yarısı (48 faiz) olur.

Şirkətin özündən “Financial Times” nəşrinə bildiriblər ki,  son illərdə istehsal edilən məhsulların tərkibində şəkər və natriumun miqdarı əhəmiyyətli şəkildə ixtisar edilib və hazırda qida və sağlamlıq sferasında proqramların yenilənməsi üzərində aktiv işlər aparılır.

Mənbə: lenta.ru



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email