Sual: Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarına əsasən, pərakəndə ticarət zamanı alıcılara NKA çeki təqdim olunmalıdır. Bəs əgər mallar pərakəndə şəkildə nisyə satılırsa, bu zaman NKA çeki verilməlidir mi?
Misal: Müştəri 1300 manatlıq malı 12 aylıq ödəniş şərti ilə alıb. Bu zaman ilkin ödəniş 100 AZN və növbəti 12 ay ərzində hər ay 100 AZN ödəniş edir. Bu zaman satış zamanı müştəriyə ilkin ödənişin NKA çeki (100 AZN) verilməlidir yoxsa ümumi satışın (1300 AZN) çeki?
Cavab: Bildiririk ki, malların dəyərinin hissə-hissə ödənilməklə nisyə qaydada satışı həyata keçirildikdə, bu cür satış zamanı hər ödəniş hissəsinə mütənasib alıcıya nəzarət-kassa aparatının çeki təqdim olunur və həmin çekdə Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş məlumatlar əks etdirilir.
Əsas: Vergi Məcəlləsinin 16-cı və 50-ci maddələri.
Mənbə: taxes.gov.az
2 Responses
Aygün Şükürova
Bəs Vergilər Nazirliyi tərəfindən səyyar yoxlama gəlib anbarı saydığı təqdirdə anbarda çatışmayan mallar üçün hansı sənəd təqdim edilməlidir?
Miramal
Men bu suali vergiler nazirliyin 195 xidmetine vermisem. Deyibki mallarin tegdim edilmesi bas veribse istifade huququ malin ozu faktiki olraq qarsi terefe oturulbse nisye satis olmasindan aski olmayaraq 1300 manata kassa ceki vurmalisan.vergini 1300 e gore hesablyib odemelisen.