Norveçlə bağlı maraqlı və əsrarəngiz faktlar (4-cü hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

faktlarNorveçlə bağlı maraqlı və əsrarəngiz faktlar

  • Norveçdə bu ölkədə istehsal olunmuş və istifadə edilmiş boş qutuları, qabları, bütün bankaları atmaq kimi bir qayda yoxdur. Bu cür qabları norveçlilər mağazalarda qurulan xüsusi avtomatlara buraxır və cihazlar da onların sayına uyğun qəbz verir. Qəbzlər kassaya təhvil verilir və əvəzində alıcıya pul təqdim edilir.
  • Bu ölkədə əmək fəaliyyəti sakit və öz axarı ilə davam edir. Norveçlilər təxminən səhər saat 10 radələrində işə başlayırlar, axşamüstü saat 4-də isə işdən çıxırlar. Bazar günü yalnız restoranlar və supermarketlər işləyir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

  • Yerli mətbəx – adi və çox sadədir. Norveçlilər daha çox balıq reseptləri hazırlamaqla məşhurdurlar: qurudulmuş, duzlu, hisə verilmiş balıqlar və s.
  • Avropa qitəsinin ən şimal nöqtəsi Norveçdə yerləşir. Nordkap adlanan bu nöqtə uzaq şimalda qayaların üzərində yerləşir. Yaxşı hava şəraitində Arktika buzlaqlarının kənarını görmək mümkündür.
  • Avropa ölkələri içərisində yerli əhali arasında ən yüksək doğum, Skandinaviya ölkələrində (Norveç və İslandiyada) müşahidə olunur. Başqa Avropa ölkələrində isə doğum faizi adətən gəlmələr arasında yüksək olur. Skandinaviyalılar ilkin olaraq doğum sayına yox, doğulan uşaqların həyat keyfiyyətlərinin yüksəldiməsinə önəm veriblər.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email