Ödəniş nağdsız qaydada aparıldıqda həmin məbləğ nəzarət kassa aparatına (NKA) mədaxil edilməlidirmi?

posted in: Xəbər | 0
birbank biznes

NKAİctimai iaşə obyektində ödəniş POS-terminal vasitəsilə nağdsız qaydada aparıldıqda həmin məbləğ nəzarət kassa aparatına (NKA) mədaxil edilməlidirmi?

Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək, o cümlədən nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergiödəyicisinin vəzifələrinə aiddir.

Həmçinin bax: Nağdsız ödənişlərin həcmi nəyin hesabına artır?

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.3-cü bəndinə görə, ictimai iaşə obyektlərində xidmət göstərilməsi nəzarət-kassa aparatı və POS-terminallar tətbiq olunmaqla həyata keçirilir. Bu zaman xidmətlərin dəyəri nağd qaydada ödənildikdə müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki, xidmətlərin dəyəri POS-terminal vasitəsilə ödənildikdə isə müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki və POS-terminaldan çıxarış verilir.

Beləliklə, ictimai iaşə obyektlərində xidmətlərin haqqı POS-terminal vasitəsilə ödənildikdə müştəriyə nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan da çıxarış təqdim olunmalıdır.

Mənbə: azertag.az

Həmçinin bax: Hüquqi şəxsin uçot məlumatlarının online dəyişdirilməsi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email