Fiziki şəxsin bank hesabından onlayn mal alışı zamanı qeyri-rezidentə aparılan ödənişlərdən bank tərəfindən 18 faiz dərəcə ilə verginin tutulması ilə bağlı bəzi suallar yaranır. (ƏDV hesablanması)
Vergilər Nazirliyinin izahında bildirir ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.
Elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.
Hesabdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.
Mənbə: vergiler.az
Bax:
QHT işçilərinin əmək haqqından 14% gəlir vergisi tutulmalıdır?
Vergi ödəyicisi VÖEN-i bağlamaq üçün nə etməlidir?
Mənzil sahibi olan təqaüdçü vətəndaş nə qədər vergi ödəməlidir?
Yeni nəsil NKA-lara görə vergi güzəştindən hansı hallarda yararlanmaq mümkündür?
Hüquqi şəxsin qeydiyyatı üçün hansı sənədlər tələb olunur?
Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta haqqı necə hesablanır?
Hüquqi şəxsin təsisçisi eyni zamanda fərdi sahibkar kimi fəaliyyət göstərə bilər?
VM 57.1 və 58.1-1-ci maddələrinin əsas fərqi nədir?
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun