Özbəkistan hakimiyyəti 16 Aprel – 1 oktyabr 2020-ci il tarixinədək büdcə vəsaitlərinə xüsusi maddi stimullaşdırma və direktor Fondu tərəfindən əlavələrin və mükafatların ödənilməsini dayandırmışdır. Müvafiq qərar aprelin 16-da Respublika hökuməti tərəfindən qəbul edilib.
Sözügedən norma büdcə təşkilatlarının demək olar ki, bütün əməkdaşlarına şamil edilir. Tibbi və tibbi-sosial müəssisələrin, uşaq evlərinin işçiləri, habelə əməyin ödənilməsinin 1-3-cü dərəcələrinin tətbiq edildiyi hallar istisna təşkil edir.
Cari ilin iyul ayının 1-dək büdcə təşkilatları əsas vəsaitlərin alınması və əsaslı təmir xərclərini dayandıracaqlar. 2020-ci ilin ikinci rübündə bu məqsədlər üçün nəzərdə tutulan xərclər azaldılır və ya daha sonrakı müddətə köçürülür. Bundan başqa, kommunal xidmətlərin ödənilməsi, ərzaq, dəftərxana mallarının alınması, müxtəlif tədbirlərin keçirilməsi, cari təmir və digər məsrəflərlə bağlı xərclər də azaldılır.
Büdcə müəssisə və təşkilatlarının işçilərinin maddi stimullaşdırılması fondu 1995-ci ildə yaradılmışdır. Onun vəsaitləri əməkdaşların əmək haqqına əlavələrin və mükafatların müəyyən edilməsinə yönəldilir. Fond 1996-cı ildən respublika büdcəsinin vəsaiti hesabına formalaşır.
TELEGRAM KANALIMIZA ÜZV OLUN