Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 114,7 milyon manat vəsait daxil olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 % çoxdur.
8 ay ərzində qurum 40 hərrac keçirib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 690 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 363-ü qeyri-yaşayış, 2 590-ı torpaq sahələri üzrə olmaqla 2 953 yeni icarə müqaviləsi bağlayıb. Bu isə 1 il əvvələ nisbətən 6,4 % azdır. Son nəticədə dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə illik müqayisədə 24,75 % çox – 37,8 milyon manat vəsait ödənilib.
Beləliklə, yanvar-avqust aylarında özəlləşdirmə və icarədən büdcəyə ümumilikdə 152,5 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 20,2 % çoxdur.
Mənbə: report.az
