Pandemiya dövründə alış-veriş üçün təhlükəsiz üsullar hansılardır?

posted in: Xəbər | 0
birbank biznes

Mağazalarda pandemiya zamanı plastik kartlarla ödəniş etmək daha yaxşıdır: nağd pulların üzərində virus bir neçə gün müdətində qala bilir. Pandemiya dövründə alış-veriş etmək üçün təhlükəsiz üsullar barədə MGTM-in elmi-kliniki şöbəsinin və insan virusologiyası üzrə Beynəlxalq tədris-metodiki mərkəzinin mütəxəssisi Yelena Belova məlumat vermişdir. Onun sözlərini “Komsomolskaya pravda” qəzeti nümunə gətirib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, hər hansı bir səthə toxunduqdan sonra əllə üzə dəyərkən, koronavirusa yoluxma riski artır. Buna görə, nağdsız hesablaşmalar zamanı da ehtiyatlı olmaq lazımdır: terminalda pin-kodu barmaqla deyil, hansısa digər əşya ilə yığmaq lazımdır. Çox vaxt təmassız ödəniş üçün smartfondan istifadə olunur, onu da tez-tez silmək lazımdır. Nağd pulla əlaqələri minimuma endirmək bank əməkdaşlarına da məsləhət görülür: əskinaslarla təması azaltmaq həm əməkdaşlara, həm də müştərilərə tövsiyə edilir.

Ümumilikdə, pandemiya və qlobal böhran fonunda nağd pulun zəruriliyi ikinci plana keçir. PayPal ödəniş sistemində elektron ticarət templərinin kəskin sürətlənməsi qeydə alınıb. İndi dünyada getdikcə daha çox insan fiziki təmas tələb edən alış-verişi ödəməkdən imtina edir.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email