Pandemiya səbəbindən hansı ölkələr ən çox itkiyə məruz qalıb?

posted in: Xəbər | 0

iqtisadi böhranı, pandemiya, Pandemiyadan sonra iqtisadiyyatBu günə qədər dünyada 193 milyondan çox “COVID-19”a yoluxma halı qeydə alınıb. Keçən ilin yekunlarına görə dünya iqtisadiyyatı 4,3% azalıb. BMT-nin “Qlobal iqtisadi vəziyyət və perspektivlər” adlı məruzəsində deyilir ki, dünya Böyük depressiya dövründən bəri istehsalın ən güclü azalması ilə üzləşib.

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi koronavirus pandemiyası səbəbindən müxtəlif ölkələrin itkilərini hesablayıb. ÜDM-in “COVİD-19”dan əvvəlki proqnozu ilə 2020-2023-cü illər üçün olan mövcud proqnozu arasındakı fərqdən asılı olaraq, mütəxəssislər dövlətləri üç qrupa bölüblər. Pandemiyadan ən az təsirlənən birinci qrupa iqtisadi böyümə proqnozu böhrandan əvvəlki səviyyədən 2% (və ya daha az) aşağı olan ölkələr daxildir. Buraya ABŞ, Qərbi Avropa ölkələri, Çin, Cənubi Koreya və Sinqapur daxildir. Birləşmiş Ştatlarda və Avropa İttifaqında iqtisadiyyatın bərpasına fiskal stimullar, həmçinin peyvəndləşdirmə prosesi kömək edir. Asiya iqtisadiyyatları hökümətin səhiyyə böhranının qarşısının alınması üçün fəaliyyətlərini dəstəkləyib: orada, xəstələnmə artımının lap başlanğıcından etibarən tibb üzərində yükü optimallaşdıran sərt karantinlər tətbiq edilib.

“Moody’s Investors Service”in analitikləri ikinci qrupa iqtisadiyyatı orta dərəcədə ziyan çəkən ölkələr daxil edilib: onların cari ÜDM proqnozu pandemiyadan əvvəlki dövrün proqnozundan 2-8% aşağıdır. Bu Rusiya, Avstraliya, Braziliya, Meksikadır.

Agentliyin məlumatına görə, son qrupa pandemiyadan ən çox zərər çəkmiş ölkələr daxil edilib. Onların itkiləri pandemiyadan əvvəlki ÜDM proqnozundan 8 faizdən də çox aşağıdır. İnkişaf etməkdə olan dövlətlərdə və sərhəd iqtisadiyyatına malik ölkələrdə (xüsusilə gəlirləri turizm kimi bəzi sahələrdən asılı olan ölkələr), eləcə də yüksək borc yükü olan ölkələrdə vəziyyət daha pisdir. Bunlar Şri Lanka, Tunis, Peru, Surinam, Hindistan, Laosdur.

“COVİD-19-un iqtisadi nəticələri ölkələrin büdcə kəsirləri və borclarının yığılması ilə bağlı əsas problemləri daha da ağırlaşdıracaq. Bu, gəlir səviyyəsinin azalmasına, bərabərsizliyin dərinləşməsinə, yoxsulluğun daha da artmasına gətirib çıxaracaq”, – “Moody’s Investors Service” hesabatında belə deyilir.

Agentliyin analitiklərinin qiymətləndirməsinə görə, bu il Dünya iqtisadiyyatı 5,7% artacaq. 2023-cü ilə qədər qlobal ÜDM-in artım tempi 3,3% -ə qədər azalacaq.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *