Pandemiya və sığorta bazarı

posted in: Xəbər | 0
birbank biznes

Pandemiya və sığorta bazarı

sığorta olunanın hüquqları, fərdi uçot,Pandemiyanın mənfi təsiri sığorta bazarından da yan keçməyib. Belə ki, mənfi təsir daha çox nəqliyyat vasitəsi sahiblərinin icbari sığortası və səfər sığortalarının yığımlarına olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, nəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımlarda 15 faiz azalma qeydə alınıb. Daha böyük mənfi təsirə məruz qalan səfər sığortası yığımlarında isə sərhədlərin bağlanması və uçuşların ləğv olunması səbəbi ilə ötən il ilə müqayisədə 2,5 dəfə azalma müşahidə olunub.

Yük sığortasında isə əksinə 2 dəfədən çox artım müşahidə olunub. Bu da pandemiya dövründə yük daşımalarının məhdudlaşdırılmaması səbəbi ilə izah oluna bilər.

Pandemiyanın sığorta sektoruna dolayı formada olan müsbət təsirini də qeyd etmək lazımdır. Belə ki, pandemiya dövründə bütün sahələrdə elektronlaşmaya keçidin geniş tətbiqi ilə müxtəlif sektorlarda fəaliyyət göstərən biznes subyektlərində daha öncə mövcud olan qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə tələbat yaranıb. Bu səbəblə rəsmi qeydiyyata alınmış işçilərin icbari sığortalanması vacib olduğundan sığortalanma hallarının artması təbii olaraq sığorta yığımlarının artmasına gətirib çıxarıb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email