Partnyorluq Sazişi hal-hazırda mövcuddur?

posted in: Xəbər | 0
birbank biznes

Partnyorluq Sazişi hal-hazırda mövcuddur?əmək müqaviləsi


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Sual: ƏDV dövriyyəsi və Partnyorluq Sazişi ilə bağlıdır. İlk öncə bilmək istərdim Partnyorluq Sazişi hal-hazırda mövcuddur ya yox? Əvvəlki dövrdə imzalanmış Partyorluq Sazişinin icrası hal-hazırda məcburidir?

Cavab: Bildiririk ki, “Vergi partnyorluğu Sazişi”nin formasına əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətdə vergi hesabatlarının təqdim edilməsinin, vergilərin hesablanmasının və ödənilməsininin təmin olunması Saziş üzrə vergi ödəyicilərinin hüquq və vəzifələrinə aid edilmişdir.

Sazişlə müəyyən edilmiş öhdəliklər vergi orqanı və ya vergi ödəyicisi tərəfindən vaxtında və tam yerinə yetirilmədikdə, Sazişi ləğv etmək istəyən tərəf bu barədə 10 (on) gün müddətində digər tərəfə niyyətini və əsaslandırılmış səbəbləri əks etdirən yazılı məlumatı təqdim edir. Saziş ləğvetmə barədə məlumat təqdim edildiyi aydan sonrakı ayın 1-dən qüvvədən düşür. Vergi ödəyicisinin fəaliyyətinə xitam verildikdə və ya ləğv edildikdə, həmin tarixdən Saziş qüvvədən düşmüş hesab edilir.

Qeyd olunanlara əsasən fəaliyyətinizi müvəqqəti dayandırdıqda vergi partnyorluğu sazişi bağladığınız vergi orqanına ərizə ilə müraciət etməlisiniz. Fəaliyyətinizə xitam verdikdə isə ərizə ilə müraciət etməyə zərurət yaranmır.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi partnyorluğu Sazişinin forması”.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  
Print Friendly, PDF & Email