PAŞA Bank onlayn biznes ehtiyacları üçün “Link ilə ödəniş” xidmətini təqdim edir

posted in: Xəbər | 0

PASHA Bank Cup II, Məlumat təhlükəsizliyi xidmətləri, Private Banking müştəriləri, Biznes proqram təminatlarına dəstək, əmək haqqı tarifləri, Bonus milləri, PASHA Bank Cup - II, trendyol.com, PAŞA Bank VISA kart sahibləri, womENcourage, çirkli pulların yuyulması, PAŞA Bank, kredit, NICE Actimize,Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank, kiçik və orta bizneslər və fərdi sahibkarların ehtiyaclarının ödənilməsinə və işlərinin optimallaşdırılmasına yönəldilmiş alətlərin çeşidini genişləndirməyə davam edir.

Beləliklə, PAŞA Bank, yeni “Link ilə ödəniş” xidməti əsasında biznes sahibləri bir neçə saniyə ərzində bank hesabına bağlı olan ödəmə linkini yarada və öz müştərilərinə ödəniş üçün göndərə biləcəklər. Bu link vasitəsilə pul köçürməsinin tam təhlükəsizliyi təmin edilir, və satıcı heç bir kart məlumatlarını qarşı tərəfə ötürmək məcburiyyətində qalmır.

Kartı məlumatlarının və həyata keçirilən əməliyyatların tam təhlükəsizliyini təmin etməklə yanaşı, “Link ilə ödəniş” pul köçürmələrinin operativliyini və başa çatmış bütün əməliyyatlar üzrə tam nəzarəti təmin edir. “Link ilə ödəniş” veb sayt və ya mobil tətbiq olmadıqda belə, onlayn satış ilə məşğul olan sahibkarların ehtiyacları üçün ideal vasitədir.

Daha ətraflı məlumat üçün PAŞA Bank Əlaqə Mərkəzinə müraciət edin: * 8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), * 9123 / (+99412) 4965000 (fiziki şəxslər üçün).

Mənbə: pashabank.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email