“PAŞA Bank”dan biznes kreditlərinə endirim

posted in: Xəbər | 0
birbank biznes

onlayn biznes kreditləri, pasha bankAzərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank”, kiçik və orta bizneslər üçün endirim kampaniyasını təqdim edib. Belə ki, 22.11.2022-ci il tarixinədək onlayn biznes kreditlərinə müraciət edən kiçik və orta biznes sahibləri təqdim olunan 2 endirimdən birini seçə bilər. Kampaniya çərçivəsində müştərilərə birdəfəlik komissiyaya 25% endirim və ya illik faiz dərəcəsinə xüsusi şərtlərlə endirimlər təklif olunur.

Endirimdən kampaniya müddəti ərzində onlayn müraciət edən cari və yeni müştərilər faydalana bilər.

Qeyd edək ki, onlayn biznes krediti ilə biznesi genişləndirmək və ya cari biznes xərclərini qarşılamaq mümkündür. Həmçinin 250 000 AZN-dək biznes krediti tamamilə onlayn və girov tələb olunmadan müştərilərə təqdim olunur.

Onlayn biznes kreditləri haqqında ətraflı məlumat və müraciət üçün keçid: https://pshb.az/3TjOtuT


Print Friendly, PDF & Email