«PASHA Bank Cup II» proqramlaşdırma yarışmasının qalibləri açıqlandı

posted in: Xəbər | 0
birbank biznes

Məlumat təhlükəsizliyi xidmətləri, Private Banking müştəriləri, Biznes proqram təminatlarına dəstək, əmək haqqı tarifləri, Bonus milləri, PASHA Bank Cup - II, trendyol.com, PAŞA Bank VISA kart sahibləri, womENcourage, çirkli pulların yuyulması, PAŞA Bank, kredit, NICE Actimize,Azərbaycanın aparıcı korporativ bankı PASHA Bank, yerli İT mütəxəssisləri arasında keçirilən «PASHA Bank Cup II» yarışmasının nəticələrini açıqladı.

Proqramlaşdırma yarışmasının final mərhələsində müxtəlif yaş kateqoriyalarında 40 finalçısı iştirak etmişdir. Müsabiqənin son mərhələsində ölkənin ən istedadlı İT mütəxəssisləri və ya gələcək İT mütəxəssisləri qarışıq suallardan ibarət və müxtəlif çətinlik dərəcəsinə malik 6 tapşırığın həllində 4 saat ərzində yarışdı

“PASHA Bank Cup II” yarışmasının münsiflər heyəti Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, Bakı Mühəndislik Universitetinin baş müəllimi Etibar Seyidzadə, PAŞA Bankın Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri Vüsal Xəlilov, PAŞA Bankın Rəqəmsal Laboratoriyasının eksperti Rəşad Əmircanov və mühəndisi Şəhriyar Novruzov bütün tapşırıqları hamıdan daha sürətli və daha yaxşı yerinə yetirən 9 qalibi seçdi.

Beləliklə, «PASHA Bank Cup II» yarışmasının qalibləri aşağıdakılardı:
Kateqoriya: Məktəblilər Qalib Yekun nəticə Mükafat
1 yer Murad Eynizadə 100 Apple MacBook Pro 13
2 yer Əziz Hüseynov 100 e-reader Pocketbook 614 Black
3 yer Hüseyn Hacıyev 76.4 Xiaomi Mi Band 4
Kateqoriya: Tələbələr Qalib Yekun nəticə Mükafat
1 yer Ziya Muxtarov 100 Apple MacBook Pro 13
2 yer Ülvi Aslanlı 74 Apple AirPods 2
3 yer Nicat Hüseynov 69.8 e-reader Pocketbook 614 Black
Kateqoriya: Mütəxəssislər Qalib Yekun nəticə Mükafat
1 yer Rəşad Məmmədov 84.8 Apple MacBook Pro 13
2 yer Fərid Əhmədov 67.2 Apple iPad 9.7 32GB Wi-Fi Grey
3 yer Ramil Həsənov 61 Apple AirPods 2

Xatırladaq ki, İT mütəxəssisləri üçün sayca ikinci “PAŞA Bank Cup II” yarışmasında 300-dən çox insan iştirak etmiş, onlardan 55-i müsabiqənin final mərhələsinə yüksəlmişdir.

İl ərzində baş tutan 4 seçmə mərhələ HackerRank platforması üzərindən onlayn aparılmışdır. PAŞA Bank, Azərbaycanda proqramlaşdırma sektorunun inkişafına, o cümlədən bu ixtisas üzrə təhsil alan məktəblilər və tələbələrin biliklərinin artırılmasına və artıq mütəxəssislərin peşə bacarıqlarının artırılmasına yönəlmiş müsabiqələrin keçirilməsini davam etdirməyi planlaşdırır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email