Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətləri

posted in: Xəbər | 0
birbank biznes

Əsas əmək məzuniyyəti

İşçinin istirahət hüququnun əsas elementlərindən olan əmək məzuniyyəti, ona normal istirahət, iş qabiliyyətini bərpa etmək, eləcə də sağlamlığının mühafizəsi məqsədilə verilir. Onun verilməsi Əmək Məcəlləsinin 113-cü maddəsi ilə tənzimlənir. Məzuniyyət işçinin iş yerini, vəzifəsini saxlamaqla iş günləri ərzində müvəqqəti işdən uzaqlaşması halıdır. Qanunvericiliyə əsasən işçinin müqavilə bağlayaraq işə başladığı gündən  məzuniyyət hüququ yaranmış hesab olunur.

Əmək məzuniyyəti əsas və əlavə məzuniyyət kimi iki hissədən ibarət ola bilər. İş təcrübəsində əsas məzuniyyətlərdən istifadə hallarına daha çox rast gəlinir. Əsas əmək məzuniyyətinin müddəti minimum 21 gündür. Müxtəlif kateqoriya işçilər üçün əsas məzuniyyətin müddətləri haqqında  buradan ətraflı tanış olmaq olar.

Pedaqoji, elmi fəaliyyətdə əsas əmək məzuniyyəti

Gəlin bu suallara cavab verməyə çalışaq:

  1. Pedaqoji, elmi sahədə fəaliyyət göstərən işçilər kimlərdir?
  2. Onların məzuniyyəti necə tənzimlənir?
  3. Həmin işçilərin əmək məzuniyyətinin müddəti nə qədərdir?

Azərbaycan Respublikasında pedaqoji fəaliyyətin aparılması AR NK-nin 30 aprel 2020-ci il tarixli 56 nömrəli qərarı ilə tənzimlənir. Elmi fəaliyyətin əsasları isə, bu sahədə çalışan işçilərin fəaliyyət çərçivəsi  ”Elm haqqında” AR qanununda verilib.

Bu kateqoriyalara aid işçilərin tutduqları vəzifələrə görə məzuniyyət müddətləri ƏM-nin 118-ci maddəsinə əsasən tənzimlənir. Tutduqları vəzifədən asılı olaraq onlara 56 yaxud 42 təqvim günü olmaqla müəyyən edilir. Məzuniyyətlərin təyini zamanı onların əmək funksiyasının intensivliyi, iş şəraiti nəzərə alınır.

Əsas əmək məzuniyyətinin müddəti 56 təqvim günü olan işçilər:

  • təhsil müəssisələrində rəhbərlik edən şəxslər, tərbiyəçilər, təlimatçılar, dərnək, musiqi rəhbərləri, konsertmeysterlər, xormeysterlər, digər  musiqi işçiləri. Bu halda onların pedaqoji fəaliyyəti il ərzində təyin olunan normanın üçdə bir hissəsindən aşağı olmamalıdır;
  • internat məktəbləri istisna olmaqla, təhsil müəssisələrində tərbiyəçilər, təlimatçılar, dərnək, bədən tərbiyəsi və hərbi rəhbərlər;
  • uşaq birliklərinin rəhbərləri, magistrlər,  psixoloqlar, loqopedlər;
  • elm, təhsil sahəsində elmlər doktoru dərəcəsinə sahib olanlar, rəhbər şəxslər, onların müavinləri, elmi katibləri;
  • məşqçi müəllimlər istisna olmaqla, bütün müəllimlər;
  • sosial müdafiə orqanlarında, səhiyyədə pedaqoji fəaliyyət göstərənlər;
  • müstəqil tədqiqatlarla məşğul olan elmi işçilər.

Əsas əmək məzuniyyətinin müddəti 42 təqvim günü olan işçilər:

  • uşaq evlərində, bağçalarda, məktəbəqədər təhsil müəssisələrində çalışanlar (rəhbərlər, tərbiyəçilər, tərbiyəçi-müəllimlər, metodistlər, loqopedlər, psixoloqlar);
  • metodika mərkəzlərində rəhbər şəxslər, metodistlər, təlimatçılar;
  • internatlarda, xüsusi məktəblərdə tərbiyəçilər;
  • məktəbdənkənar uşaq müəssisələrindəki dərnəklərdə rəhbərlər, kütləvi işçilər;
  • məşqçi müəllimlər;
  • həm elm sahəsində, həm də ali təhsil müəssisələrində fəlsəfə doktoru  dərəcəsinə sahib olanlar, rəhbər şəxslər, onların müavinləri, elmi katibləri.

Əlavə məzuniyyətlərin tənzimlənməsi

Bildiyimiz kimi işçilərə əmək məzuniyyətindən başqa əlavə məzuniyyət də verilə bilər. Bu zaman bəzi xüsusiyyətlər nəzərə alınır. Əlavə məzuniyyətlərin təyini, istifadə qaydaları burada verilib. Həmin qaydaların pedaqoji və elmi fəaliyyətdə tətbiqinə baxaq.

  1. İş stajına görə məzuniyyətin təyini ƏM-də 116-cı maddəyə əsasən tənzimlənir. Amma bu pedaqoji və elm sahəsində çalışan işçilər üçün staja görə əlavə məzuniyyət müddəti təyin edilməyib (ƏM,116.3).
  2. Bu kateqoriya işçilərə, ƏM-in 117.4-cü maddəsinə əsasən, uşaqlı qadınlar üçün müəyyən olunan əlavə məzuniyyətlər də tətbiq edilmir. Bu da pedaqoji və elm sahəsində  fəaliyyət göstərən işçilərin uzadılmış müddətli məzuniyyətlərlə təmin olunması ilə əlaqədardır.
  3. İşğal olunmuş ərazilərdə işləyən mütəxəssislərə verilən 5 günlük əlavə məzuniyyət 118-ci maddənin əhatəsinə aid olan işçilərə verilir. Bu zaman Məcəllənin 21-1 maddəsinin şərtləri nəzərə alınmalıdır:
  • işçi ilə əmək müqaviləsi bağlayan işəgötürənin vergi uçotu işğaldan azad edilmiş ərazilərdə olması;
  • həmin müqaviləyə uyğun iş yerinin uçotu işğaldan azad edilmiş ərazilərdə olması;
  • mütəxəssislərin həmin ərazilərdə məskunlaşması;

  Bu hüquqdan istifadə üçün şərtlərin hər üçü birgə mövcud olmalıdır.


Print Friendly, PDF & Email