Pensiya fondları bitkoinlər və digər rəqəmsal aktivlərdən istifadə etməyə başlaya bilərlər. Bu, əmanətlərin inflyasiyadan qorunması üçün lazımdır, ABŞ-ın Vayominq ştatından olan senator Sintiya Lammis bəyan edib.
Onun sözlərinə görə, kriptovalyuta pensiya fondlarında saxlanılan vəsaitləri diversifikasiya etməyə kömək edə bilər. O, aktivlərin müxtəlif zənbillər üzrə bölüşdürülə biləcəyini də əlavə edib. Yoxsa, Birləşmiş Ştatlarda dövlət xərcləri nəticəsində yaranan inflyasiya həmin vəsaitləri “yeyə” bilər, RBK saytı belə yazıb.
Sintiya Lammis Konqresin ABŞ iqtisadiyyatını dəstəkləmək üçün trilyonlarla dollar ayırdığını vurğulayıb. Bu pullar hər tərəfdən dünya iqtisadiyyatını bürüyüb, nəticədə inflyasiya riskləri yüksəlir.
Lammis bundan əvvəl də bitkoinləri onların qiymətinin aşağı düşdüyü zaman alınması perspektivlərindən bəhs edib. Onun özü belə bir alışı həyata keçirib və qeyd edib ki, bundan sonra da kriptovalyutaya investisiya yatırmaqda davam edəcək.