Müxtəlif ölkələrdə pensiya təminatı (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Pensiya təminatı (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

1959-cu ildən İsveçdə xidmət illərinə görə pensiya tətbiq olunub. Bu növ pensiya üçün sığorta məcburidir və kiçik sahibkarlar da daxil olmaqla bütün iqtisadi subyektlərə aiddir. Bu pensiyanı almaq üçün 30 illik əmək stajı tələb olunur. Eləcə də xidməti illərə görə pensiyanı vaxtında almaq hüququna 65 yaşına çatan şəxslər malikdirlər. Bu pensiya ödənişlərinin məbləği onun alıcısının gəlirindən asılıdır, bu da əmək fəaliyyətinin son üç ili ərzində hesablanmış baza məbləğindən çox olmalıdır. Pensiyanın müəyyən edilməsində xüsusi əmsal sistemindən istifadə olunur. Lakin prinsipcə əmək haqqı ən böyük olduğu 15 il üçün orta gəlirin (30 ildə əmək stajından) təxminən 30%-nə bərabərdir.

Rusiyada pensiya sığortasına bir neçə növ pensiya daxildir: sosial (minimum), əmək və qeyri-dövlət.

Son onilliklərdə pensiya sığortası probleminə böyük diqqət yetirilir. Bir çox Qərb ölkəsində mövcud sistem işləyən əhalinin üzərinə böyük bir yük qoyur. Orta ömür uzunluğunun artması və aşağı doğum nisbəti, əhalinin ümumi sayında pensiyaçıların payının artmasına gətirib çıxarır.

Professor R. Dornbuş (ABŞ) hesab edir ki, mövcud səhiyyə sistemi –  gec partlayan minadır.  Əhali artımının mənfi olduğu İtaliya, Almaniya, İspaniyada mövcud pensiya qanunvericiliyi hədsiz hesab oluna bilər. Yaponiya, Rusiya və digər ölkələrdə də eyni vəziyyət yaşanır. Pensiya sisteminin ümumiyyətlə olmadığı ölkələrdə (məsələn, Çin) isə vəziyyət daha yaxşıdır. Dövlətlər, əhalinin yaşlanması səbəbi ilə ortaya çıxan pensiya sistemindəki böhranın qarşısını almaq məcburiyyətindədirlər. Problemin həlli aşağıdakı istiqamətlər üzrə mümkündür:

  • pensiya yaşının artırılması;
  • özəl pensiya sığortası sisteminin inkişafı;
  • yeni iş yerlərinin yaradılması və vergi ödəyicilərinin sayının artırılmasının təşviqi;
  • gənc nəslin (gələcək vergi ödəyicilərinin) sağlamlığına qayğı və s.

Pensiya xərcləri dövlətin sosial xərclərinin ən vacib hissəsini təşkil edir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email