Mənzillərini, digər əmlaklarını sənədləşdirən vətəndaşların əmlak vergisi ödəmələri ilə bağlı müəyyən suallar yaranır. Bu suallardan biri də budur ki, Yeni Günəşli qəsəbəsində 67,9 kvadratmetr, 5 otaqlı mənzil sahibi olan təqaüdçü vətəndaş nə qədər vergi ödəməlidir?
Vergilər Nazirliyindən bildirilib ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq edilir.
Qeyd olunan Bakı şəhərinin Suraxanı rayonunda yerləşən binalar 9-cu zonaya aid edilir. Onlara tətbiq olunan əmsal 0,85-ə bərabərdir. Qeyd olunan halda həmin mənzil üçün əmlak vergisinin məbləği 12,88 manat olacaq:
(67,9 – 30) x 0,4 x 0,85 = 12,88 manat.
Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, pensiyaçıların binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Ona görə də sözügedən mənzilə görə əmlak vergisi ödəmək öhdəliyi yaranmır.
Bundan başqa, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların sahəsi 10.000 kvadratmetrədək olduqda, Vergi Məcəlləsinin 206.3-cü maddəsində qeyd olunan dərəcələrlə torpaq vergisi hesablanır.
Ayrılıqda bir neçə şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin (məsələn, bina evlərinin) altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi həmin şəxslərə məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.
Mənbə: vergiler.az
Bax:
Fiziki şəxslərlə olan təhtəlhesab əməliyyatlar
Xərcin aid olduğu dövrü yoxsa E-Qaimə tarixini əsas götürməliyik?
Pandemiya ilə bağlı alınan maliyyə dəstəyi vergi uçotunda necə əks etdirilməlidir?
İşçinin əmək haqqından işəgötürən tərəfindən həyata keçirilən tutulmalar hansılardır?
Hüquqi şəxsə nəqliyyat xidməti göstərən fiziki şəxs fərqlənmə nişanı almalıdır yoxsa gəlir vergisi bəyannaməsini verməlidir?
POS-terminalın quraşdırılması kimin vəzifələrinə aiddir?
İçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)
Ödəmə mənbəyində verginin tutulması
Hədiyyə kartları vergiyə necə cəlb edilir?