Rusiyada pensiyaların artırılması üçün yeni verginin tətbiqi təklif olunub

posted in: Xəbər | 0
birbank biznes

pensiyaların artırılması, borc, bank sirri, Rusiyada mühasib peşəsi, mühasib, mühasibat uçotu,Pensiyaları artırmaq üçün faydalı qazıntıların çıxarılmasına yeni vergi tətbiq edilməlidir, həmin vergidən gələn vəsaitlər Pensiya fonduna daxil edilməlidir. Bu haqda UR.RU saytına müsahibəsində Rusiya Ali sovetinin keçmiş sədri, Q.V. Plexanov adına Rusiya İqtisad Universitetinin dünya iqtisadiyyatı kafedrasının müdiri Ruslan Xasbulatov söyləyib.

“Hamı Pensiya fondunun gəlir mənbəyinin azlığından şikayətlənir. Amma faydalı qazıntıların qiymətləri durmadan yüksəlir və bundan xalq heç nə əldə etmir. Və əgər faydalı qazıntıların (neft, qaz, meşə, mədənlər və digər) hasilatına kiçik bir vergi, renta tətbiq olunarsa və həmin vəsaitlər məqsədyönlü şəkildə Pensiya fonduna istiqamətləndirilərsə, sözügedən fondun daimi gəlir mənbəyi olar. Xalq isə dolayısı ilə də olsa, yerin təkinin sahibi olardı. Pensiyaları da artırmaq olardı”, – Xasbulatov belə bir təkliflə çıxış edib.

O əlavə edib ki, belə bir tədbir pensiya yaşını artırmağa yönəlik 2018-ci il islahatını da ləğv etməyə kömək edə bilər. Onun fikrincə, bu islahat zərərlidir, çünki Rusiyada orta ömür müddəti, Avropadakından 10 il azdır.

Bundan əvvəl Rusiyanın Mərkəzi bankı aparıcı qeyri-dövlət pensiya fondları ilə birlikdə yeni bir pensiya islahatı hazırlamışdı. Bu rusiyalıları gələcək pensiyaların yığılması prosesində fəal iştirak etməyə təşviq etməlidir.

Yeni konsepsiyaya əsasən, pensiyaların hazırkı yığım hissəsi, artıq mövcud olan analoji mexanizmi tamamlayan qeyri-dövlət pensiya təminatı sisteminə çevrilməlidir. Beləliklə, Mərkəzi bank fərdi pensiya kapitalı və zəmanətli pensiya planı layihələrinin uğursuzluğuna baxmayaraq, hazırki sistem üzrə islahatlar aparmaq niyyətindədir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email