Peşəkar Mühasib Sertifikatı üçün qeydiyyat başlandı

posted in: Xəbər | 0
birbank biznes

Peşəkar mühasib sertifikatı, Dövlət qulluğu, Peşəkar mühasib sertifikatı, Dövlət qulluğu, Dövlət qulluğuna qəbul,Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlərin nəzərinə!

DİM tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahan keçiriləcəkdir

İmtahan kağız daşıyıcıları vasitəsilə keçirilməklə iki mərhələ üzrə təşkil olunacaq:

1-ci mərhələ- mühasibat uçotu üzrə 21 noyabr 2021-ci il,

2-ci mərhələ- qanunvericilik üzrə 28 noyabr 2021-ci il.

İmtahanın hər iki mərhələsi üzrə qeydiyyat DİM-in rəsmi internet səhifəsi üzərindən –

1-ci mərhələ üzrə 2021-ci il 11 oktyabr – 07 noyabr tarixlərində,

2-ci mərhələ üzrə 2021-ci il 11 oktyabr – 14 noyabr tarixlərində aparılacaqdır.

Namizədlər DİM-in rəsmi internet səhifəsində 1-ci mərhələ buradan və 2-ci mərhələ üçün buradan daxil olaraq qeydiyyatdan keçə bilərlər.

İmtahanın 1-ci mərhələsi – muhasibat uçotu üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifakat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

İmtahanın 2-ci mərhələsi – qanunvericilik üzrə imtahanda iştirak etmək istəyən namizədlər isə aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

İmtahanın hər bir mərhələsi ödənişlidir və hər bir mərhələ üzrə iştirak haqqı 50 manat təşkil edir.

İmtahanın hər bir mərhəlisinin davametmə müddəti 3 saatdır.

Namizədlərin bilik və bacarılarının yoxlanılması məqsədilə hər iki mərhələ üzrə imtahanlarda 40 tapşırıqdan ibarət sual kitabçalarından istifadə olunacadır. İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının aşağıdakı bəndlərinə əsasən:

2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR – “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;

2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA – Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;

2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA – Certified Public Accountant) təşkilatınn sertifikatına;

2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;

2.8.5. Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.

2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilir.

Bu sertifikatlara malik olan namizədlər imtahanın 2-ci mərhələsi üzrə qeydiyyatdan keçməlidirlər. Onlar öz sertifikatlarının notarial qaydada təsdiq edilmiş surətini elektron şəkildə qeydiyyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər.

Həmin sertifikatların həqiqiliyi DİM tərəfindən yoxlanılaraq namizədə məlumat veriləcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilmişdir.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir.

İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından “İmtahana buraxılış vərəqəsi”ni və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.

Diqqət: Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə tövsiyə edilir ki, DİM-in rəsmi internet saytını müntəzəm olaraq izləsinlər.


Mənbə: dim.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email