Peyvəndləmə başladıqdan sonra dünyada doqquz yeni milyarder ortaya çıxıb

posted in: Xəbər | 0
birbank biznes

Koronavirus peyvəndlərinin satışı, doqquz şirkət sahibinə milyardlar qazanmağa imkan verib, bu haqda CNN televiziyası xəbər verib.

Peyvəndləmədən ən çox ABŞ-ın “Moderna” şirkətinin baş direktoru Stefan Banselin və Pfizer ilə birlikdə peyvənd işləyib hazırlayan “BioNTech” şirkətinin baş direktoru Uğur Şahinin gəlirləri artıb. Onların hər birinin sərvəti hazırda təxminən dörd milyard dollara yaxındır. Bundan əlavə, “Moderna” şirkətinin peyvəndi ilə bağlı ilk investorlardan olan Çinin “CanSino Biologics” şirkətinin rəhbərliyi də kağız üzərində milyarderlər olublar. Belə ki, həmin sərmayələr nəticəsində onların səhmlərini qiyməti kəskin şəkildə bahalaşıb.

Ümumilikdə, doqquz yeni milyarderin sərvəti 19,3 milyard dollar həcmində qiymətləndirilir. “People’s Vaccine Alliance” fəalları bu faktla pandemiya nəticəsində ortaya çıxan kəskin bərabərsizliyi vurğulayıblar. Onlar qeyd edirlər ki, bu qədər sərvət aşağı gəlirli ölkələrdə təxminən 780 milyon insanı tam şəkildə peyvəndləmək üçün kifayət edərdi.

Fəallar yeni milyarderləri əczaçılıq şirkətlərinin peyvəndləmə inhisarından əldə etdikləri böyük qazancların üzü adlandırıblar və əlavə ediblər ki, vaksinlər dövlət vəsaiti hesabına maliyyələşdirilib və o səbəbdən qazanc imkanı deyil, ilk növbədə ictimai nemət olmalıdır.

Bundan əvvəl Beynəlxalq valyuta fondu, koronavirus pandemiyasında pul qazana bilən şirkətlərdən həmrəylik vergisi deyilən bir vergi almağı təklif etmişdi. Fondda hesab edirlər ki, artıq mənfəətdən müvəqqəti vergi hesabına ölkələr öz büdcələrini artıra bilərlər ki, bu da sosial birliyin gücləndirilməsinə və cəmiyyətdə qeyri-bərabərliyin azaldılmasına kömək edə bilər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email