Dünyanın ən çox kasıblaşan varlı şəxsi məlum olub

posted in: Xəbər | 0

“Bloomberg” agentliyi dünyanın ən kasıblaşan varlı adamının adını açıqlayıb. Bu şəxs, cari ildə şirkəti Çin hökumətinin repressiyalarının qurbanı olduqdan və həmin səbəbdən 27 miyard dollar itirdikdən sonra Çinin “Pinduoduo” texnologiya platformasının qurucusu Kolin Xuandır.

Bu, çin rəhbəri Si Szinpinin “çiçəklənən ümumi rifah” siyasəti yürütməyə və özəl sektorun şirkətlərinə təzyiq göstərməyə başladığı andan bəri çin milyarderləri üçün vəziyyətin necə dəyişdiyini göstərən ən parlaq nümunədir. Çin lideri ölkə əhalisinin rifahı səviyyəsində yaşanan qeyri-bərabəliyi bu yolla azaltmağa çalışır. “Bloomberg” agentliyinin indeksinə əsasən ən çox vəsait itirən 10 milyarderdən altısı Çindəndir.

“Pinduoduo” (PDD) səhmlərinin qiyməti bu il “Alibaba” və ya “Tencent”dən daha çox aşağı düşüb. “PDD”nin qiymətli kağızlarının dəyəri demək olar ki, 44 faiz ucuzlaşıb, halbuki eyni vaxt ərzində “Alibaba” – 33 faiz, “Tencent” isə 19 faiz ucuzlaşma yaşayıb.
“PDD”nin səhmlərinin 28 faizinə sahib olan  Kolin Xuan şirkəti 2015-ci ildə qurub və onu çox tezliklə elektron kommersiya nəhənginə çevirə bilmişdi. Şirkət zirvə nöqtəsinə yüksəldiyi zaman onun bazar qiyməti 178 milyard dollara çatmışdı, sonra isə təxminən 125 milyard dollara kimi düşmüşdü. Sərvəti təxminən 35 milyard dollar təşkil edən Xuan, ötən il baş direktor vəzifəsindən getmişdi, bu ilin mart ayında isə o, direktorlar şurası sədri vəzifəsini də tərk edib.

“Pinduoduo” şirkəti, “Si”nin “çiçəklənən ümumi rifah” proqramına uyğun gələn xeyriyyəçilik üçün cari və gələcək mənfəətinin bir hissəsini qurban verməyi vəd edən texnologiya nəhənglərinə aiddir. Avqust ayında “Pinduodu” bəyan etmişdi ki, gəlirinin 1,5 milyard dollarını ölkədə kənd təsərrüfatının inkişafına ayıracaq. 2020-ci ildə Xuan və “PDD” şirkətinin təsisçilər komandası 2020-ci ildə xeyriyyəçilik fonduna 2,4 milyard dollar ianə verib.


Mühasibat xidmətləri

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun